Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Barnaba incili

Barnaba incilində oxuyuruq: “Adəm ayağa qalxanda havada günəş tək bir parlaq yazı vardı: “La ilahə illəllah, Muhəmmədun rəsulullah.” Həmin vaxt Adəm dedi: “Ey Rəbbim, Sənə şükr edirəm ki, məni yaratdın. Amma məni bu sözlərin mə’nasından agah etməyini istəyirəm. “Muhəmmədun rəsulullah nədir?” Allah-təala buyurdu: “Mərhəba, ey mənim bəndəm Adəm. Gördüyün yalnız sənin övladındır. Uzun illərdən sonra dünyaya gələr və mənim rəsulum olar. Varlığı ona görə yaratdım. Bir şey yaratmazdan altmış il əvvəl onu yaratdım.” Adəm Allaha üz tutub dedi: “Pərvərdigara, bu yazını əl barmağımın dırnağına mərhəmət buyur. Allah ilk insana bu yazını əta etdi. Sağ əldə “La ilahə illəllah”, sol əldə “Muhəmmədun rəsulullah” yazıldı. İlk insan ata məhəbbəti ilə bu yazıları öpdü və gözünə qoydu. Sonra dedi: “Mübarək olsun dünyaya gələcəyin gün!”

Fəxrül-İslam “Əmisül-e’lam” kitabında yazır: “Bə’zi protestant mədrəsələrində dəriyə yazılmış incillərlə rastlaşmışam. Həzrət Məsihin Şəmun Petresə vəsiyyətində belə deyilir: “Ey Şəmun! Allah mənə buyurdu ki: sənə peyğəmbərlər seyyidi, öz dostum, qırmızı dəvənin sahibi, çöhrəsi ay tək parlaq, qəlbi pak, Adəmin böyük oğlu, aləmlərə rəhmət olan dərs oxumamış ərəb peyğəmbər haqqında xəbər verirəm. Onun adı Əhməddir. Ey İsa! Bəni-İsrailə de ki, onu təsdiq edib iman gətirsinlər.” Ərz etdim ki, Pərvərdigara, o böyük şəxs kimdir? Allah buyurdu: “Ey İsa! O Allahın rəsulu Məhəmməddir. Bu peyğəmbərə görə dünyanın, onu dinləyəcək kəslərin xoş halına. 610 il səndən sonra onu məbus edəcəyəm.”

İbrahimə ilahi və’d

Allahın İbrahimə İsmail haqqındakı və’di müqəddəs Məhəmməd nuru və onun on iki parlaq ulduzu ilə bağlı rəhmət və’di idi. “Təkvin” səhifələrində oxuyuruq: “Ey İbrahim, sənin İsmaillə bağlı duanı eşitdim. Ona bərəkət verib yüksək məqama çatdıraram. Məhəmməd və onun nəslindən olan on iki imam vasitəsi ilə ona böyüklük verərəm.”365

Yuxarıdakı ayədən belə anlaşılır ki, İsmail nəslindən olan həzrət Məhəmməd (s) və on iki imam vasitəsi ilə ona yüksək məqam veriləcək. Bu peyğəmbər nuru və on iki nur vasitəsi ilə onun şəxsiyyəti daha işıqlandırılar. Barnaba incilində də bu və’də işarə olunmuşdur: Sizə haqqı deyirəm. Həqiqətən, hər peyğəmbər bir ümmət üçün gəlir. Onların sözü bir tayfa üçün olur. Amma Allahın rəsulu nə vaxt gələrsə, Allah ona Əlində üzük tək məqam verər. O yer üzündəki bütün ümmətlər üçün rəhmət gətirər. Tezliklə qüdrətli halda sitəmkarların üstünə gələr. Bütlərə ibadəti aradan qaldırıb şeytanı rüsvay edər. Çünki Allah İbrahimə belə və’d etmişdi ki, yer üzündəki bütün nəslinə bərəkət verərəm. Sən bütləri qırdığın kimi nəslin də tezliklə belə edər.”366

Hazırkı mənbənin 208-ci fəslində oxuyuruq: “Doğru deyirəm, İbrahimin oğlu İsmaildir, onun nəslindən Məsiyya (həzrət Məhəmməd) gəlməsi vacibdir. İbrahimə onun haqqında və’d verildi, yer üzünün bütün qəbilələri ondan bərəkət görər. Kahinlərin rəisi bunu eşidib qəzəbləndi, fəryad çəkdi ki, biz bu günahkarı daşqalaq etməliyik. Çünki o İsmaildir. Həqiqətən, o Musa və Musanın şəriətini inkar edir. Yazanların və qövm böyüklərinin hər biri əlinə daş aldı ki, Yəsunu daşqalaq etsinlər. Amma o gözlərdən çəkildi...”

İsmaillə bağlı və’d dedikdə onun mübarək adı da nəzərdə tutula bilər.367 Yə’ni İbrahimə bu övladın əta olunması əslində onun duasının qəbul olunması idi. İslam peyğəmbərindən (s) belə nəql olunur: “Mən babam İbrahimin istəyiyəm.”368

Tövrat və İncil, bütün digər peyğəmbərlər təkcə İslam peyğəmbəri və Qur’an barədə müjdə verməmiş, həm də peyğəmbərlərin canişinləri haqqında danışmışlar. Əmirəl-mö’mininin (ə) sifətləri bəyan olunmuş, aşkar şəkildə və işarələrlə Əhli-beyt yada salınmışdır. İlahi peyğəmbərlər hətta imam Hüseynin (ə) müsibətinə göz yaşı axıtmışlar.369

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]