Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Səmavi kitablarda Əhli-beyt (ə) mövzusu Qur’an baxımından Əhli-beyt (ə)

Heç şübhəsiz, Qur’ani-məciddə bəyan olunmuş iman, cihad, ixlas, yəqin, gözəl əxlaq, saleh əməl, gündəlik ibadət, gecə ibadəti, sədaqət, vəfa, kərəm, səxavətin kamil nümunəsi Əhli-beytdir (ə). Bu həqiqət şiə və sünni kitablarında təsdiqlənir. Uyğun mənbələrdə təsdiqlənir ki, həzrət Əli (ə) və Əhli-beyt (ə) haqqında ayələr nazil olmuşdur. Şiə və sünni kitablarında bu həqiqətin əks olunması şübhəyə yer qoymur.

Qur’an Əhli-beyt (ə) vücudunun kökü olan Peyğəmbər (s) haqqında aşkar bəyanatlar verir, onun ayələrində müxtəlif məqamlarda Əhli-beytə (ə) işarə olunur. Çünki Qur’an ağıl və düşüncə sahiblərinə üz tutur. Batini nur, rəvayətlər və dəqiq düşüncə ilə insan anlayır ki, uyğun ayələrin İslam ümməti arasında yeganə gerçək nümunəsi Əhli-beytdir (ə). Bu ayələrdən bə’zilərini Əhli-beytdən (ə) başqa ünvana yozmaq mümkünsüzdür. Əgər həmin ayələrdə ünvan olaraq Əhli-beyt (ə) götürülməsə, onların anlaşılmaz qaldığını qəbul etməliyik. Bu isə Qur’an üçün nöqsan olardı. Qur’anın anlaşılmazlığına e’tiqad küfrə bərabərdir və Qiyamət əzabı ilə sonuclanır. Qur’anda oxuyuruq: “Onların həqiqi təfsirini Allahdan və elmə varanlardan qeyrisi bilməz...”341 İmam Sadiq (ə) buyurur: “Rasixun” tə’birinin ünvanı bizik. Ayələri olduğu kimi açıqlayan da bizlərik.”342

Qur’anda peyğəmbər şəxsiyyəti

Qur’ani-məcid Peyğəmbərin (s) əzəmət və şəxsiyyətini açıq şəkildə bəyan edir: “Həqiqətən Allah və onun mələkləri Peyğəmbərə (s) salam göndərir...”343

Rəvayətdə bildirilir ki, Allahın salamı onun peyğəmbərə xüsusi rəhmətini, mələklərin salamı peyğəmbər üçün mərhəmət istəyini bildirir.344 Qur’ani-məcid Peyğəmbəri (s) o qədər yüksək dəyərləndirir ki, ona bey’əti özünə bey’ət sayır: “Şübhəsiz, sənə bey’ət edənlər Allaha bey’ət etmişlər.”345

Allah və onun peyğəmbərinə itaət

Qur’an meyvəsi dünya və axirət səadəti olan Allah və Onun rəsuluna itaət haqqında buyurur: “Hər kəs Allah və Onun rəsuluna itaət etsə, şübhəsiz, böyük qurtuluşa çatar.”346 Qur’ani-məcid Allah və Onun rəsuluna itaətin Qiyamətdə peyğəmbərlər, siddiqlər, şəhidlər və ləyaqətlilərlə yoldaşlığa aparacağını bildirir: “Allah və onun rəsuluna itaət edənlər Allahın ne’mət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və layiqlilərlə bir zümrədə olar.”347

Qur’ani-kərim peyğəmbərə itaəti Allaha itaət sayır. Bu ayə peyğəmbərin bütün insanlardan üstün olduğunu göstərir. Ayədə oxuyuruq: “Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...”348

Qur’ani-kərim Allah və Onun rəsuluna itaəti behiştə giriş səbəbi sayır. İnsan Allah və Onun rəsuluna itaətsizlik səbəbindən ağrılı əzaba düçar olur. Qur’anda oxuyuruq: “Allah və Onun rəsuluna itaət edən insan ağacları altdan çaylar axan behiştlərə gətirilər. Üz çevirən insana ağrılı əzab daddırılar.”349

Qur’ani-kərim peyğəmbərə itaəti ilahi mərhəmət səbəbi kimi tanıtdırır: “Bu peyğəmbərə itaət edin ki, Allahın mərhəmətinə çatasınız.”350 Buşr ibn Şüreyh Bəsri deyir: İmam Baqirə (ə) dedim ki, Qur’anın hansı ayəsi daha çox ümidvericidir? Həzrət buyurdu: “Sənin qövmün bu barədə nə deyir?” Dedim: “Ey mənim bəndələrim, özünüzə münasibətdə ifrat etdiniz, Allahın rəhmətindən ümidinizi üzməyiniz” ayəsini ən ümidverici sayırlar. İmam (ə) buyurdu: “Biz Əhli-beyt (ə) belə demirik. “Tezliklə Rəbbin sənə bəxşiş edəcək ki, razı qalasan” ayəsi ən ümidverici ayədir. Bəxşiş dedikdə and olsun Allaha, şəfaət nəzərdə tutulur.”351

Rəvayətdə deyilir: Peyğəmbərin istəyi Əhli-beyt (ə) və şiələrin behiştə gətirilməsidir.”352

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]