Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İnsanı Allaha bağlayan ip

İnsan öz fitrəti əsasında kamala doğru can atır. Mütləq kamillik Allahdır. Demək, insan fitri olaraq Allaha meyl göstərir. O kamilliyə çatmağa çalışır, nöqsanlardan qurtulmağa sə’y göstərir. Qəflətə düçar olmadıqda Allaha bağlanır. O kamilliyə meyilli olduğundan mütləq kamal olan Allaha doğru can atır, hərəkət edir. Qur’anda oxuyuruq: “Ey insan! Şübhəsiz, sən ciddi təlaşlarla Rəbbinə doğru hərəkətdəsən.”333

İnsan kamilliyə çatmaq üçün onun mərtəbələrini keçməlidir. Aşağı mərtəbəni keçməmiş yuxarı mərtəbəyə çatmaq olmaz. Bu qayda varlıq nizamının dəyişməz qaydasıdır. Demək, kamal zirvəsinə, camal mütləqinə çatmaq istəyən şəxs onun ilk təcəllası olan Məhəmməd risalətinə iqtida etməlidir. Daha sonra Əli vilayətinə iqtida mərhələsi gəlir. Çünki Əli vilayəti peyğəmbər qapısıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən elmin şəhəriyəm, Əli onun qapısı!”334

Əli (ə) vilayətinə bağlanmadan, bu vilayətdən bəhrələnmədən mütləq kamala çatmaq mümkünsüzdür. Əlisiz peyğəmbərə, peyğəmbərsiz Allaha çatmaq iddiası şeytani və batil bir iddiadır. Belə bir hal qeyri-mümkündür.

Demək, mütləq kamal arzusunda olan, bu kamala çatmaq istəyən kəs ruhi, mə’nəvi əmələ başlamamış Əhli-beyt (ə) vasitəsi ilə batini zülmətdən qurtulmalıdır. Yalnız risalət və vilayətə iqtida etməklə insan özünü təmizləyə bilər. Daha sonra ibadət və xeyir iş mərhələsi başlayır. Əhli-beyt (ə) vilayətinə üz tutmadan peyğəmbərə çatmaq olmaz. Demək, Əhli-beytə (ə) üz çevirib haqqa yetişmək də mümkünsüzdür. Bu halda insanın əməlləri də qəbul dərəcəsinə çatmır.

Allahın rəsulu Əmirəl-mö’mininə (ə) buyurur: “Allahın görüşünə pak getmək istəyən, Qiyamət gününün böyük qəm-qüssəsini arzulamayan insan sizi - sənin, Həsən (ə) və Hüseynin (ə), Əli ibn Hüseynin (ə), Məhəmməd ibn Əlinin (ə), Cəfər ibn Məhəmmədin (ə), Musa ibn Cəfərin (ə), Əli ibn Musanın (ə), Məhəmməd ibn Əlini (ə), Əli ibn Məhəmmədin (ə), Həsən ibn Əlinin (ə) və nəhayət Mehdinin (əc.) rəhbərlik və vilayətini qəbul etməlidir.”335

Allahın rəsulu çox mühüm bir rəvayətdə buyurur: “Görəsən nə baş verib ki, onların yanında İbrahim ailəsindən danışanda xoşhal olurlar, Məhəmməd ailəsindən danışanda narahatlıq keçirirlər? And olsun Məhəmmədin canı əlində olana! Qiyamət günü yetmiş peyğəmbərin xeyir əməli ilə gələn kəs mənim və Əhli-beytimin (ə) vilayəti ilə gəlməsə Allah onun əməllərini qəbul etməz.”336

İmam Hadi (ə) “Camiə” ziyarətində deyir: “Yer sizin nurunuzla işıqlandı, insanlar sizin vilayətiniz sayəsində qurtuldu. Allahın razılıq yolu sizin sayənizdə adlanır. Sizin vilayətinizi inkar edən kəs Allahın qəzəbinə gəlsin!”

Bəli, mütləq kamala çatmaq arzusunda olan insan ilkin mərhələdə Əhli-beyti (ə) tanıyıb bütün varlığı ilə onlara tabe olmalıdır. O bu yolla Allahın görüşünə müvəffəq ola bilər. Qur’anda oxuyuruq: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin.”337

Əgər mütləq kamal arzusundasınızsa, müqəddəs feyz, səmaların və yerin nuru, Allahın adlarla təcəllası olan peyğəmbərə itaət etməlisiniz. Əhli-beytə (ə) məhəbbət əslində mütləq kamala məhəbbətdən qaynaqlanır. Fitrət əsasında mütləq kamal axtaran insan doğru yoldadır. O anlayır və görür ki, mütləq kamala çatmaq üçün digər kamilliklərə yiyələnmək lazımdır.

İslamın, əxlaqi fəzilətlərin, eləcə də Əhli-beytin (ə) sevilmə səbəbi onların hər birinin doğru yol olmasıdır. İnsanın haqqa qovuşması üçün ən ali yol bu yoldur. Bu səbəbdən imam Hadi (ə) “Camiə” ziyarətində Əhli-beyti (ə) insanlar üçün yola bənzədir. Bə’zi rəvayətlərdə həzrət özünü sirati-mustəqim kimi yada salır.338

Əhli-beyt (ə) təkcə yol, ali kamal deyil. Əhli-beyt (ə) göylə yer arasında Allahın qırılmaz ipidir. Bu ipə sarılmaqla mütləq kamala yüksəlin. Onlar ilkin feyz məqamından (Məhəmməd həqiqətindən) yerədək əhatə edirlər. Qur’anda oxuyuruq: “Rəbbinin kölgəni necə uzadıb genişləndirdiyini görmədinmi?”339 Mütləq kamal aşiqi bu ipə sarılır, bu mə’nəvi vasitə ilə özünü həzrət Haqqa çatdırır: “Ona (Allaha) yaxınlaşmaq üçün vasitə axtarın...”340

Daim Allahın razılıq dairəsində olmaq Əhli-beytə (ə) itaət sayəsində əldə olunur. Bu itaətə rəğmən insan Rəhman Allahın maddi və mə’nəvi ne’mətlərindən faydalanır.

Əhli-beyt (ə) e’tibarlı vasitə, Allahın möhkəm ipidir. O ilahi zatdan aşağı mərtəbəyə, aşağı mərtəbədən nura, nəhayət yer üzündəki cismə yol gedir. Yeddi göy və yeddi yerdə onun davamı var. Mütləq kamala çatmaq istəyən bu vasitədən istifadə etməli, bu qırılmaz ipə sarılmalıdır. Yalnız bu vasitə ilə insan layiq olduğu zirvəyə yüksələ bilər.

Şübhəsiz, mütləq kamal olan məhbuba çatmaq istəyən insan mə’rifət və vücud kamilliklərinə sahib olmağa çalışır. O “Allahın gözü”, “Allahın əli”, “Allahın nuru” kimi məqamlaradək ucala bilir. Onun zatı o qədər kamilləşir ki, Allahın sevimlisi olur. İnsan yerə tənəzzül və yerdən təkamül yolunu Əhli-beyt (ə) vasitəsi ilə adlamalıdır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]