Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) təkamül vasitəsidir

Bitki toxumları yalnız torpağa düşdükdə cücərir. Əlbəttə ki, torpaq da münbit olmalıdır. Münbit olmayan torpaq toxumu çürüdür. Qur’anda oxuyuruq: “Rəbbinin izni ilə ot cücərən torpaq pakdır. Pak olmayan torpaqda çox az və faydasız bitkilər cücərir...”322

Əslində istənilən bir həqiqətin təkamülü üçün şərait lazımdır. Bütün işlərin gerçəkləşməsi üçün hansısa şərtlər ödənməlidir. Yalnız şərtlər ödəndiyi halda təkamül yolu ilə irləliləmək mümkündür.

Bəli, gözəl ev tikmək üçün me’mar və işçilərə ehtiyac var. Qida olmasa bədən inkişaf etmir, işıq olmasa göz görmür, səs dalğaları olmasa qulaq eşitmir. Mə’lum olur ki, insanın təkamülü üçün də zəruri şərtlər var. Görəsən insan heç bir vasitə olmadan Allahın xəlifəsi məqamına yüksələ bilərmi? Heç şübhəsiz, yox! Bəs insan iman, əxlaq, saleh əməl, təqva səciyyələrinə yiyələnib kamala çatmaq üçün hansı şərtlərin ödənməsinə ehtiyaclıdır? Bu sualın cavabını Qur’ani-kərimdə axtarmaq lazımdır.

Əhli-beyt (ə) vasitəçiliyi

Qur’an yalnız üstün, pak və mə’sum insanları Allahla xalq arasında təkamül vasitəsi sayır. Belə bir vasitəçilik yalnız peyğəmbər və Əhli-beytin (ə) şə’nindədir. Onlar insanları Allaha doğru yönəldir, onları keçmiş və gələcəklə tanış edir, hikmət və Qur’an öyrədir. İstənilən bir nöqsandan uzaq olan Əhli-beyt (ə) belə bir vasitəçiliyə münasibətdə özünü tanıtdırır. Həzrət Peyğəmbər (s) buyurur: “Biz istənilən aşkar və gizli çirkinlikdən paklandırılmış Əhli-beytik (ə).”323

Allahın rəsulu təthir ayəsində buyurur: “Biz Allah tərəfindən bütün pislikləri puça çıxarılmış Əhli-beytik (ə).”324 Əmirəl-mö’minin (ə) buyurur: “Allah Peyğəmbərin (s) əmrinə tabe olmağı buyurub. Çünki Peyğəmbər (s) mə’sum və pakdır, günaha çağırmaz. O əmr sahiblərinə itaəti əmr edir. Çünki onlar mə’sum və pakdırlar, günaha də’vət etməzlər.”325

İmam Həsən Müctəba (ə) buyurur: “Biz Allahın İslam vasitəsi ilə əziz etdiyi ailəyik. Bizi bütün yaranmışlar arasından seçdi, pisliklərdən təmizlədi, paklıqla bəzədi. Pislik həmin şəkk-şübhədir. Şəkk bizdən uzaqlaşdırıldığı üçün heç vaxt Onun varlığına və dininə şəkk etmərik. Biz istənilən bir azğın fikirdən də paklanmışıq.”326

İmam Məhəmməd Baqir (ə) buyurur: “Biz vəsfə gəlmirik. Allahın istənilən pislikdən təmizlədiyi bir zümrə necə vəsf oluna bilər?!327

İmam Sadiq (ə) buyurur: “Şəkk və günah oddadır. O nə bizdəndir, nə də bizə doğru gələr.”328 İamam Hadi (ə) “Camieyi-kəbirə” ziyarətində deyir: “Şəhadət verirəm ki, siz imamlar hidayət edən və hidayət olmuşsunuz. İstənilən xətadan uzaq və kəramətlisiniz. Allah sizi büdrəmələrdən qoruyub, fitnələrdən amanda saxlayıb, mə’nəvi bulaşıqlıqdan pak edib, pisliyi sizdən uzaqlaşdırıb, sizi çeşidli paklıqlarla bəzəyib.”329 Bəli, pak Allah vəhy, risalət və imaməti pak bir ailədə qərar verdi. İnsanlar bu ailə vasitəsi ilə ləyaqət əldə etməli idi. Onlar bu yolla iman, əxlaq və saleh əmələ yiyələnməli, kamil tərbiyəyə sahib olmalı idi. İnsanlar Əhli-beyt (ə) sayəsində küfr, şirk və günahdan amanda qalmalı, nübüvvət və imamət sayəsində dünya və axirətlərini abad etməli, nəhayət, Allahla görüş məqamına çatıb əbədi Behiştdə yer tutmalı idilər. Qur’anda oxuyuruq: “(Bu) bir kitabdır ki, Rəbbinin izni ilə qaranlıqdan işığa çıxarasan, yenilməz yola yönəldəsən deyə, onu sənə nazil etdik”330; “Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...”331

Ötən səhifələrdə şiə və sünni kitablarından çox mühüm bir rəvayət nəql olundu. Allah və onun rəsuluna itaətlə yanaşı zikr olunan “ülul-əmr”ə (əmr sahiblərinə) itaət, Peyğəmbərin (s) buyruğuna əsasən, onun Əhli-beytindən (ə) olan iki mə’suma itaətdir. Həmin rəvayətdə on iki mə’sumun hər birinin adı zikr olunmuşdur.332

Bu mə’sum rəhbərlərin, pak imamların, Əhli-beytin (ə) vasitəçiliyi olmadan iman, saleh əməl, gözəl əxlaq, kamillik kimi səciyyələrə yiyələnmək mümkünsüzdür. Onların yolundan üz çevirib başqa bir yola üz tutmaq eynən azğınlıq, uçuruma yuvarlanmaqdır.

Həqiqi tərbiyəçi, müəllim, dost, mərhəmətli insanların doğru yola gəlişinə həris, yardımçı, səadət qapısını açan, bədbəxtçilik yolunu bağlayan Əhli-beytdir (ə). Bir sözlə, ayə və rəvayətlərə əsasən, Əhli-beyt (ə) sirati-mustəqimdir. Qur’ani-məciddə məhz bu sirati-mustəqim ardıcıl zikr olunmuşdur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]