Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İnsanlar üçün nümunə

Allah-təala Əhli-beyti (ə) bəşəriyyət üçün nümunə qərar vermişdir. Hər kəs öz tutum və istedadına uyğun onlardan bəhrələnməlidir. Qur’anda oxuyuruq: “Allah səmadan bir su nazil etdi, bu su hər vadi və çayda onun tutumu həddində hərəkət etdi...”311 Ayənin təfsirində qeyd edirlər ki, Allah ərş aləmindən dirilik suyu, elm nazil etdi. Bu ne’mətdən hər bir yataq öz tutumu qədər bəhrələndi. Hansı yataq dərin və genişdirsə, hansı insanın tutumu böyükdürsə, bu dirilik suyundan daha çox faydalana bilər. Dirilik suyundan faydalanmaqla insan ehsan məqamına yüksələr. Allah-təala buyurur: “Şübhəsiz, peyğəmbərdə sizin üçün yaxşı nümunə var...”312

Nümunə olmaq təkcə peyğəmbərə aid deyil. Allahın rəsulundan sonra bu məqam Əhli-beytə çatır. Çünki məhz Əhli-beyt (ə) Peyğəmbərin canişinidir. Nümunəlik şəxsə yox, məqama aiddir. Bəli, bu məqam Peyğəmbərdən (s) Əhli-beytə (ə) çatır. Vilayət yolunun yolçusu bilməlidir ki, qeyb mələkləri ilə ünsiyyət, onların təsbihini dinləmək yalnız Peyğəmbər (s) və Əhli-beytə (ə) bağlanmaqla əldə oluna bilər. Bu böyük insanlara iqtida etmədən doğru yolu adlamaq mümkünsüzdür. Həzrət Peyğəmbər (s) buyurur: “Asayiş, rahatlıq, rəhmət, yardım, güc, açılış, sevinc Allahın razılığı problemlərdən qurtuluş, qələbə, Allaha yaxınlıq, Allaha dostluq, peyğəmbərə dostluq yalnız Əlini (ə) sevən və ondan sonrakı imama iqtida edənlərə aiddir.”313

İmam Riza (ə) buyurur: “Hər kəs Allahı (bəsirət gözü ilə) pərdəsiz görmək istəsə və Allahın ona pərdəsiz nəzər salmasın diləsə, Məhəmməd (s) əhli-beytinin (ə) vilayətini qəbul etməli, onların düşmənlərinə düşmən olmalı, mö’minlərə rəhbər olan Əhli-beytə (ə) itaət etməlidir. Bu halda Qiyamət günü Allah ona pərdəsiz baxar, o da Allahı pərdəsiz müşahidə edər!”314

Əhli-beyt (ə) bütün kamillik mərhələlərini, məqamlarını, bəndəlik yolunu, fəzilət cığırlarını uğurla adladığından hamı üçün nümunədir. Onlar eynən Qur’an mahiyyəti daşıyırlar və onlara üz tutmadan Qur’anı dərk edib Allaha yaxın məqama çatmaq mümkünsüzdür.

Dünyapərəstlər Əhli-beyti (ə) dərk etməz

Həyatın müxtəlif yönümlərində Əhli-beytə (ə) müraciət edən kəs öz düşüncə və tutumu həddində onların vilayət və həqiqətindən bəhrələnir. Onların vilayət və həqiqəti Allahın vilayəti və Qur’anın həqiqətidir.

Tutumsuz, aşağı səviyyəli insanlar Əhli-beyti (ə) nümunə seçdikləri həddə onlardan bəhrələnirlər. Amma nəfs istəyinə əsir olanlar Əhli-beytə (ə) iqtidadan çəkinir və heç vaxt bu həqiqəti dərk etmir. Qur’anda oxuyuruq: “Qaranlıqda qalmış və qurtulmayası kəs kimi...”315

Belələri nəinki Əhli-beyti (ə) nümunə seçmir, hətta onları inkar edir!

Qur’anda bəyan olunur ki, peyğəmbəri adi gözlə görüb onun risalətini dərk etməyənlər dünyapərəstlik uçrumuna yuvarlananlardır. Onlar doğru yolu tanımadıqları kimi peyğəmbər və onun əhli-beytini (ə) də tanımırlar. Başqa sözlə, onlar Qur’anın batininə vara bilmirlər. Qur’anın batininə vara bilməyənlər Əhli-beyti də tanımır. Çünki onların həyatları, xüsusi ilə qəlbləri pərdələnmişdir, Əhli-beyt həqiqətini dərk etməkdə acizdirlər. Həmin pərdəni yaradan günah, fisq, təəssüb, inadkarlığın çoxluğudur. Bu səciyyələr onlarla həqiqət arasında pərdə çəkmişdir! Qur’anda oxuyuruq: “Onların sənə baxdığını, amma görmədiyini müşahidə edərsən.”316

Onların gözü var, bəsirəti yoxdur. Zahiri görürlər, batindən xəbərsizdirlər. Günah, yersiz təəssüb və inadkarlıq onların iç gözünü tutmuşdur: “İç gözləri mənim zikrimə pərdələnmiş həmin kəslər...”317

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]