Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) yerin və göyün sütunudur

Əgər göylər öz yerində, yer öz mövqeyində sabit dayanmışsa, əgər aləmdəkilər və yer üzündəkilər əmin-amanlıqdadırsa, bütün bu sabitliklərin səbəbi Əhli-beytin (ə) varlığıdır. Onların mə’nəviyyatı, nuru və lütfü uyğun sabitliyin tə’minatçısıdır. Onlar öz buyuruqlarında bu nöqtələrə dəfələrlə toxunmuşlar. Əlbəttə ki, bu həqiqətə yalnız iman əhli, salehlər və ləyaqəti çatanlar inanır. İmam Baqir (ə) buyurur: “Şübhəsiz, peyğəmbər Allahın yeganə qapısı, yolçusunu Allaha çatdıran ilahi yoldur. Ondan sonra Əmirəl-mö’minin gəlir. Beləcə, bir imamın ardınca o birisi. Allah-təala yer öz əhlini silkləməsin deyə onları sütun qərar vermişdir.”305

İmam Səccad (ə) buyurur: “Allah bizim vasitəmizlə səmanı yerində saxlamışdır. Onun izni olmasa yerə düşməz. Yer öz əhlini silkələməsin deyə bizim vasitəmizlə yeri sabit saxlamışdır. Yağışı bizə xatir yağdırır, mərhəmətini bizim vücudumuza xatir çatdırır. Beləcə, yerin bərəkətlərini üzə çıxarır. Əgər yer üzündə bizlərdən birimiz olmasa yer öz əhlini kamına çəkər.”306

İslam peyğəmbəri (s) buyurur: “Ulduzlar səma əhli üçün əmin-amanlıq səbəbidir. Ulduzlar getsə səmalar da gedər. Mənim əhli-beytim (ə) yer əhli üçün əmin-amanlıq səbəbidir. Əgər əhli-beytim getsə, yer əhli də gedəcək.”307

Əmirəl-mö’minin (ə) buyurur: “Biz peyğəmbər Əhli-beyti hikmət mə’dəni, yer əhli üçün əmin-amanlıq səbəbi, qurtuluş istəyənlər üçün qurtuluşuq.”308

Göylərin və yerin sabitliyi Əhli-beytin (ə) mə’nəviyyat, nuraniyyət və diqqəti ilə tə’min olunur. Onların səmavi sərmayələri, ruhi qüdrəti, qəlb gücü, yalnız özlərinə məxsus olan səciyyələrdir. Göy və yer əhlindən onlara tay olan yoxdur. Amma onlar bir belə imtiyazlarla son həddə təvazökar olmuşlar.309

İnsan tərbiyə edən rəhbərlər

Qızıl, gümüş, əqiq, firuzə, almas, mis və dəmir mə’dənləri yer üzünün (bəlkə o biri planetlərin də) özünəməxsus səciyyəsidir. Bu mə’dənlər insan həyatı üçün dəyərli, faydalı, səmərəli sayılır. Mə’dənlərin tapılması, onların öyrənilməsi, faydalı qazıntıların çıxarılması, onların daşınması, müxtəlif forma dəyişiklikləri insan həyatında tarix boyu müşahidə olunmuş zəhmətlərdəndir.

İnsanların nəzərində daim dəyərli və əhəmiyyətli sayılmış mə’dənlərdən biri qızıl mə’dənidir. Bəşəriyyət tarix boyu bu mə’dənlərə maraq göstərmişdir. Onlar bu mə’dənlərin müəyyənləşdirilməsi üçün axtarışlar aparmış, sonra məşəqqətlər bahasına qızıl çıxarıb, onu torpaqdan təmizləyərək saf halda bazara təqdim etmişlər.

Sonra qızıl sənətkarların əli ilə dinar-dirhəmə çevrilmiş, iqtisadi dövriyyəni tə’min etmişdir. Bu dəyərli metal çox vaxt boyunbağı, sırğa, qolbağ, üzük formasında zinət əşyası kimi istifadə edilir. Bu əşyalar insanın gözəlliyə münasibətdə təşnəliyini sirab edir.

Düşündürücü nöqtə budur ki, göylər və yer bir mə’dən kimidir və bu mə’dən sonsuz elm sahibi olan Allaha mə’lumdur.

Alim Allah bu əzəmətli mə’dəndən insan adlı qızılsima bir mövcud yaratdı, onu torpaq kürədə yerləşdirdi. Bu insanın fitri istedadları, ilahi xilafət məqamı və ağıl gücü ardıcıl təlaşlar sayəsində zühur etməli idi. İnsan çalışmaqla dünya və axirət səadətini həyata keçirməli, iman və yəqinliklə bəzənib haqq məqsədləri gerçəkləşdirməli, İlahi hökmləri yerinə yetirməli idi. Beləcə, o sonda özü və başqaları üçün xeyir-bərəkət mənbəsi olmalı, ilahi sifətləri özündə cilvələndirməli idi.

Bütün bunlara yalnız o vaxt nail olmaq mümkündür ki, insan düşüncəsi səmavi rəhbərlərin ixtiyarında olsun və onlar həqiqətlə bağlı bilikləri sayəsində bu xalis qızıldan həqiqi ilahi mövcud tərbiyə etsinlər.

Mehriban Allah insanı səmavi me’marlara, misilsiz insan tərbiyəçilərinə, yə’ni Əhli-beytə (ə) doğru yönəltmişdir.

Bəs necə olmuşdur ki, bu qızılsima varlıq hər zərrələri ilə müxalifətə qalxmış, öz varlığını çirkinləndirmişdir?!

Necə də pisdir ki, ilahi yolu gedəsi insan özünü insanlıq ağrılarının, mə’nəviyyat quldurlarının ixtiyarına vermiş və divləri dəhşətə gətirəcək bir şəklə düşmüşdür!

Ey insanlar! Fir’onları, nəmrudlarlı, qarunları, əbu-ləhəbləri, əbu-cəhlləri, əməviləri, abbasiləri, onların şərq və qərbdəki çağdaş ardıcıllarını özünüzdən uzaqlaşdırın. Özünüzü doğru yol bələdçiləri olan peyğəmbərlərə və imamlara tapşırın. Belə etsəniz, vücudunuzdan, səlmanlar, əbuzərlər, büreyrlər, züheyrlər, meysəmlər, rəşid hicrilər, hucr ibn ədilər ərsəyə gələr.

Könül ver bir olan Allah eşqinə,

Damla varlığını qat haqq məşkinə.

Aşiqlərə nümunə

Söhbətimizin əvvəlində qeyd etdik ki, ilahi eşq yolunun yolçuları öz həyatlarının bütün yönümlərində Əhli-beyti (ə) nümunə götürməlidir.

Mehriban Allah kamilliyə çatmaq yolunu və fəzilətlər əldə etmək qaydasını göstərmişdir. Sonra buyurmuşdur ki, haqq yolunu mə’sum rəhbərlərə iqtida etməklə adlayın.

Əlbəttə ki, mə’sumları addımbaaddım izləmək çətindir. Hətta Cəbrail kimi Allaha yaxın mələk onlarla qoşa addımlaya bilmir və deyir: “Əgər bir barmaq bəndi qədər qabağa getsəm, şübhəsiz, od tutub yanaram.”310

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]