Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Birinci rəvayət:

Əvvam ibn Huşəb Təmimidən belə rəvayət edir: Təmimi dedi: Ayişənin yanına gəldim, o mənə dedi: “Allah rəsulunun Əlini (ə), Fatiməni, Həsən və Hüseyni çağırdığını gördünmü? Həzrət ərz etdi ki, Pərvərdigara, onlar mənim Əhli-beytimdir (ə), istənilən bir çirkinliyi onlardan uzaq et, onları kamil paklığa çatdır.”13

İkinci rəvayət:

Cəmi ibn Üməyr deyir: Anamla birlikdə Ayişənin hüzuruna getdik. Anam ondan soruşdu ki, həzrət Peyğəmbərin (s) Əliyə (ə) məhəbbəti necə idi? Ayişə dedi: “Kişilər arasında peyğəmbərə ən sevimlisi o idi. Özüm görmüşəm ki, Fatimə, Həsən və Hüseynlə birlikdə onları əbasının altına alıb və deyib: “Pərvərdigara, bunlar mənim əhli-beytimdir; Pərvərdigara, istənilən bir çirkinliyi onlardan uzaq et, onları kamil paklığa çatdır.” Mən də əbanın altına girmək üçün yaxına getdim. Amma peyğəmbər məni uzaqlaşdırdı. Dedim ki, mən Əhli-beytdən (ə) deyiləmmi? Cavab verdi: “Səndə xeyir var.”14

Üçüncü rəvayət:

İsa ibn Abdullah ibn Malik Ömər ibn Xəttabdan belə nəql edir: “Peyğəmbərdən belə buyurduğunu eşitdim: “Ey insanlar, mən sizin öncülünüzəm və siz hovuz kənarında mənə qovuşarsınız. Elə bir hovuz ki, genişliyi Sənadan Busraya qədərdir. Onda ulduzlar sayda qızıl camlar var. Mənim yanıma gəldiyiniz vaxt sizdən Səqəleyn haqqında soruşaram. Düşüncə və diqqətlə bu iki canişinimə baxın. Sarılacağınız ən böyük şey Allahın kitabıdır. Onun bir tərəfi Allahın, digər bir tərəfi sizin əlinizdədir. Ona sarılın, pərakəndə düşməyin. Sarılacağınız kiçik şey mənim əhli-beytimdir. Allah mənə xəbər verib ki, bu iki şey hovuz kənarında mənə çatanadək bir-birindən ayrılmaz. Ömər ibn Xəttab deyir: “Peyğəmbərə dedim: “Ey Allahın rəsulu! Sənin əhli-beytin kimlərdir? Buyurdu: “Mənim əhli-beytim Əli və Fatimə övladları, Həsən və Hüseyn, Hüseyn sülbündən (zürriyyəsindən) doqquz imamdır. Bunlar mənim əhli-beytim, ətimdən-qanımdan olanlardır.”15

Dördüncü rəvayət:

Musa ibn Əbdi Rəbih deyir: “Atası Əli sağ olarkən Peyğəmbər məscidində Hüseyndən belə eşitdim: Allahın rəsulu belə buyurdu: “Agah olun ki, əhli-beytim sizin üçün əmin-amanlıq səbəbidir. Mənə məhəbbətə xatir onları dost tutun, onlara sarılın ki, yolunuzu azmayasınız.” Soruşuldu ki, sənin Əhli-beytin kimlərdir? Buyurdu: “Əli, mənim iki nəvəm və Hüseyndən olan doqquz övlad əmin imamlar və mə’sumlardır. Agah olun ki, onlar mənim ətimdən və qanımdan olan əhli-beytimdir.”16 Aydın oldu ki, Qur’an və sünnəyə əsasən Əhli-beyt (ə) on iki mə’sum imamdır. Onlara itaət vacib edilmişdir. Onların imaməti qəbul olunmalı, həqiqi İslam onlardan öyrənilməlidir. Aydın dəlillərlə bəyan olunur ki, Əhli-beyt (ə) çox saylı rəvayətlərə əsasən, eləcə də müxtəlif firqə kitablarında bəyan olunduğu kimi Əmirəl-mö’minin Əli (ə), həzrət Fatimə (s), imam Həsən (ə), imam Hüseyn (ə) və imam Hüseynin (ə) doqquz mə’sum övladıdır. Əməvi və abbasi hakimlərinin tə’siri altında olan təhrifçilər elm libası geyərək bu zalım rejimlərin qanuniliyini sübut etməyə çalışmışlar. Onlar hakimlərin istəyi ilə dini həqiqətləri təhrif etmişlər. Aşiqlər heç vaxt, heç bir qiymətə Əhli-beyt (ə) vilayətindən, onlara iqtidadan, əzadarlıqlarına göz yaşı axıtmaqdan dönəsi deyillər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]