Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Allaha sevimlilik me’yarı

Allahın sevimlisi olmaq istəyən insan başda peyğəmbər olmaqla Əhli-beytə (ə) tabe olmalıdır. Bu ardıcıllıq tədricən insanı daha tutumlu və pak mə’nəviyyata aparır. Nəticədə insan Allahın sevimlisi olur. İnsan elə bir məqama yüksəlir ki, onun bütün hərəkətləri, əxlaq və əməli haqqın cazibə dairəsində qərar tutur. Belə bir məqama yalnız Əhli-beyt vasitəsi ilə çatmaq olar. Çünki doğru yolu və yoldakı eniş-yoxuşları tanıyan onlardır. Əslində onların varlığı doğru yoldur. Bu səbəbdən də haqq yolun ən üstün bələdçisidirlər.

Allahın dostları, övliyaları onun sevimlisi olmaq üçün me’yardır. Göstəriş verilmişdir ki, özümüzü onlarla tutuşdurub kimliyimizi müəyyənləşdirək. Biz Allahla bilavasitə rabitə saxlaya bilmirik. Peyğəmbər (s) və Əhli-beyt (ə) isə əlindən yapışa biləcəyimiz vasitələrdir. Düşüncəmizi, niyyətimizi, əxlaq və əməllərimizi onların səciyyələri ilə müqayisə etməliyik. Yalnız bundan sonra mə’lum olar ki, batini və zahiri baxımdan onlara oxşayanlar Allahın sevimliləridir.

Hər halda Əhli-beyt (ə) Allaha sevimli olan zatlardan ibarətdir. Allahın sevimlisi olmaq istəyən kəs onlara iqtida etməli, xalqla öz arasında onları vasitə seçməlidir. Allaha sevimli olmaq istəyənlər bilməlidirlər ki, Əhli-beyt (ə) maarifinə inanmalı və ona əməl etməlidirlər. Rəvayətdə oxuyuruq: “Ey Əhli-beyt! Həqiqətən, bizim Allaha doğru vasitəmizsiniz. Sizə məhəbbət və yaxınlıqla Allah tərəfindən qurtuluşa ümidliyik.”273

Belə bir hala o vaxt yiyələnmək olar ki, zatımızı Əhli-beyt (ə) məhəbbəti kök atacaq vəziyyətə gətirəcək. Onlara iqtida etməklə tutduqları yolla addımlayaq. Bu sayaq hərəkətimiz risalət muzdu, haqqa qovuşmaq yolu, ilahi sevgi mehvərində qərar tutmaqdır. Qur’anda oxuyuruq: “De ki, mən sizdən muzd istəmirəm. Yalnız istəyənlər (mənim hidayətimlə) Rəbbinə doğru yol tutar.”274

İmam Sadiq (ə) buyurur: “İnsanı yalnız tövhiddə ixlas və “La ilahə illəllah” demək behiştə aparar. Tövhiddə ixlas odur ki, bütün ilahi hökmlərə əməl olunsun, tövhid inancı günahın qarşısını alsın, Əhli-beytə (ə) məhəbbət və iqtida səhlənkarlıq olmasın.” Peyğəmbərdən (s) soruşdular ki, “La ilahə illəllah” kəlməsində ixlas nədir? Həzrət buyurdu: “Mənimlə göndərilənə əməl etmək, əhli-beytimə məhəbbət.” Soruşdular ki, Əhli-beytə (ə) məhəbbət, vilayətin qəbulu tövhid kəlməsindəndirmi? Həzrət buyurdu: “Bəli!”275

“Silsilətuz-zəhəb” hədisində İmam Riza (ə) Allahın bəyanatını nəql edir: “Tövhid mənim qalamdır. Mənim qalama daxil olan əzabımdan amandadır. Amma mənim vilayətim və məhəbbətim bu işdə şərtdir.”276

Demək, Əhli-beyt (ə) vilayəti və məhəbbətinə yiyələnməmiş kəs əslində tövhidlə yanaşı ixlasa çatmamışdır, onun sahib olduğu tövhid tədricən batinindən üzüləsidir. Belə bir kəs, heç şübhəsiz, axirətdə tövhidsiz məhşur olasıdır.

Allahın razılığı Əhli-beytin (ə) razılığındadır

Əgər bir şəxs tövhid və ixlas mərhələsində ilahi vilayət məqamına çatsa, Allahın vəlisi olsa, əslində “huvəl-vəliyy” güzgüsü olmuşdur, bütün yönümlərdən kamil tövhidə yiyələnmişdir. Ona hörmət və əmrinə itaət Allah-təalaya hörmət və itaətdir: “Şübhəsiz, sənə bey’ət edənlər yalnız Allaha bey’ət etmişlər...”277 Hamı vəzifəlidir ki, belə bir şəxsə müt’i olsun. Belə bir şəxs vasitəçilik və şəfaət məqamından bəhrələnmişdir. Çünki o özünü elə bir həddə çatdırmışdır ki, razılığı Allahın razılığıdır, Alahın razılığı onun razılığıdır. Allah-təala Peyğəmbərin (s) və peyğəmbər Əhli-beytinin (ə) razılığına çox diqqət yetirir. Belə ki, Qur’an buyurur: “Şübhəsiz, səni bəyəndiyin qibləyə döndərərik...”278

Çünki Peyğəmbər (s) və Əhli-beytin (ə) razılığı Allahın razılığıdır. “Allahın razılığı Əhli-beytin (ə) razılığıdır” cümləsinin məzmun və məfhumu Əhli-beytin (ə) məramından danışır. Çünki onlar razılıq məqamında da tövhid əhlidirlər, yə’ni yalnız Allahın bəyəndiyini bəyənirlər. Onlar öz nəfslərinin və başqalarının razılığını güdmür, yalnız Allahın razılığını soraqlayırlar. Bu səbəbdən də mütləq təslimdirlər. Başqalarına vacibdir ki, onlara iqtida və məhəbbətlə ilahi razılıq olan razılıqlarını əldə etsinlər.

Həqiqətən, ilahi yol yolçusu həyatın bütün yönümlərində Əhli-beytə (ə) itaət etməlidir. Hər bir şəxs öz tutumu, gücü, istedadı həddində Əhli-beytin vilayətindən faydalanmalı, ali insani məqama yüksəlməlidir.

Həzrət Haqq Qur’ani-məciddə Əhli-beytin kamilliyini və tutduğu yolu bizə açıqlayır. Bir çox ayələrdə aydın və ya işarə ilə onların əxlaqı və əməli keyfiyyətləri bəyan olunur ki, bizlər bəhrələnə bilək, əlimizdə yetərli göstərişlər olsun. Onların hərəkətləri, düşüncələri, niyyətləri elə bir şəkildə açıqlanılır ki, ixtiyarımızda əməli bir nümunə olsun. Ayədə oxuyuruq: “Şübhəsiz, iman gətirən, hicrət edən, Allah yolunda cihada qalxan kəslər...”;279 “(Deyillər) Biz sizi yalnız Allahın razılığı üçün yedirdirik və sizdən heç bir mükafat və təşəkkür gözləmirik”;280 “Şübhəsiz, namaz və ibadətim, həyat və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”281

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]