Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Mə’sumların təvəlla və təbərra məqamı

Təvəlla Allah dostuna dost, təbərra Allah düşmənini düşmən saymaq mə’nasını bildirir. Şəhvət və qəzəb mə’sumun riyadan uzaq nəfsində öncə istək və ikrah kimi cilvələnir və şəhvət, qəzəb halından xaric olur. Ondan qalan yalnız istək və ikrah olur. Sonradan riyazət, təlaş, ibadət və cihad yolu ilə həmin iki həqiqət təvəlla və təbərra şəklinə düşür. Təvəlla və təbərra şəhvət və qəzəbin, istək və ikrahın kamilləşmiş formasıdır.

Mə’sum və kamil insan cəzb və dəf, şəhvət və qəzəb, məhəbbət və ədavət, istək və ikrah mərhələlərini keçib ən kamil və ən dəyərli mərhələ olan təvəlla və təbərra mərhələsinə çatır. Təvəlla və təbərra istək və ikrahın ən zəif, məhəbbət və ədavətin ən lətif, şəhvət və qəzəbin ən saf, cəzb və dəfin ən pak mərhələsidir.

Təvəlla və təbərra məqamına çatmış insan bütün varlığı ilə şeytanı düşmən sayır. Bu səbəbdən də ona gücü çatan ağır zərbələri vurur, Allah onun himayəçisi olduğu kimi, o da təvəlla əhlinə qatılır: “Şübhəsiz, mənim hami və yardımçım Qur’anı nazil etmiş Allahdır. O daim layiqliləri himayəsinə alıb yardım göstərir.”246 Düşüncə və əməldə ismətə xatir yer üzünün varisi olacaq kəslər də həmin salehlərdir. Çünki onların zat gövhəri salehdir. Nə pis düşünər, nə də pis yolda addım atarlar: “Yer üzünü bizim saleh bəndələrimiz miras götürər.”247

Demək, həzrət Haqq irs qoyur, salehlər irs götürür. Çünki salehlər elm və əməldə mə’sumdurlar.

İsmət kiminsə inhisarında deyil

Doğru yol yolçusu ixlas məqamına yol tapsa salehlərdən olar və məqsədə doğru əmin-amanlıqla gedər. O həmin bu məqamda Allahın vilayətindədir. Şeytan və başqa bir kimsənin bu yola nüfuzu yoxdur. İnsanın andlı və rəhmsiz düşməni olan İblis e’tiraf edir ki, müxlislərin məqamına yolu yoxdur, onların ziddinə bir iş görə bilmir.

Bəli, Allah bir zümrəni şeytan üçün əl çatmaz tanıtdırır. Onlardan bir dəstəsi ixlaslılardır. Onlar peyğəmbər və imamların kamil nümunələridir. Beləcə, ismət məqamı kiminsə inhisarında deyil, ixlas məqamına çatmayanlar da bəndəlik məqamına sədaqət göstərərək elm və əməl mərhələsində ismət əldə edə bilərlər. Şeytan belələrini hədələyərək deyir: “Mən dəstəsi ixlaslılardan ibarət olan bəndələrindən savayı onların hamısını azdıraram.”248 Burada “bəndələrin” dedikdə hamı nəzərdə tutulur. İxlaslılar isə bariz nümunə olaraq zikr edilir. Demək hər bir insan təlaş, cihad, riyazət və bəndəliklə ismət məqamına yetişə bilər.

Yer üzündə nə varsa Allahın ətasıdır: “Ne’mətlərdən əlinizə çatan hər şey Allah tərəfindəndir...”249 Əlbəttə ki, bəxşiş və ne’mət dərəcələri arasında fərq var. Bu yönümdə bə’zi səbəblər aşkardır, bə’ziləri məxfi.

Allah həqiqi səbəbdir

İnsan nə əldə edirsə, nəyə nail olursa, bu işdə Allahın rolu var. Hər bir mümkün vücud vacib vücuda istinadən ərsəyə gəlir. Vacib vücuda dayanmış hər bir vücud, şübhəsiz, kamillikləri də ondan əxz edir. Hətta adi biliklərin həqiqi tə’limçisi də Allahdır: “İnsana bilmədiyini öyrətdi.”250

Demək, gözümüz qarşısındakı dərs, tə’lim, kitab, müəllim əsl səbəb deyil. Onlar sadəcə bir müqəddimədir. Zati və həqiqi səbəbkar Allahdır. Müqəddimə səbəblər torpağı şumlamaq, toxum əkmək, suvarmaq kimidir. Amma toxumu cücərdib ərsəyə gətirən Allahdır: “Onları siz cücərdirsiniz, yoxsa biz?”251

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]