Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) və təslim məqamı

Allahın iradəsi qarşısında təslimçilik, həm də məcburi yox, könüllü olaraq boyun əymək Əhli-beytin həyatında müşahidə olunan gerçəkliklərdəndir.

Təslim haqq yolu yolçusunun son məqamıdır.

Qeyd olunur ki, Allahın tövfiqi ilə keçdiyi min mənzillik yolun sonuncu mənzili təslimdir. Bu mərtəbəyə çatmış insan meyit qüsl verənin qarşısında təslim olduğu tək Allahın iradəsinə təslimdir.

Bildirilir ki, bütün varlıqları ilə çalışsalar belə, çox az yolçular bu mənzilə çatır. Bu mənzil peyğəmbərlərə, imamlara və Allahın xüsusi övliyalarına məxsusdur.

İmam Hüseyn (ə) buyurur: “Biz Allahdan istəyən və Allahın əta etdiyi bir ailəyik. Əgər xoşlamadığımız bir şeyi bizim üçün istəsə biz onun iradəsindən razı qalacağıq.”232

Əla ibn Kamil deyir: “İmam Sadiqin (ə) hüzurunda idim. Otaqdan bir qadının şivən səsi qalxdı. İmam öncə ayağa qalxdı, sonra əyləşdi və “İnna lillahi və inna iləyhi raciun” tə’birlərini zümzümə etdi. O sözünə davam edib başa çatdırdı, yalnız bundan sonra buyurdu: “Biz canımızın, malımızın və övladlarımızın hərtərəfli salamatlığını arzulayırıq. Amma Allahın təqdiri gəldikdə onun istəyindən savayı bir şey istəməyəcəyik.”233

İmam Baqir (ə) buyurur: “Biz öz istəklərimizlə Allahı çağırırıq. Əgər sevmədiyimiz bir şey təqdir olsa, Allahın istəyinə qarşı çıxmarıq.”234

Qətibeyi Əşa deyir: İmam Sadiqin (ə) övladının vəziyyətini bilmək üçün onun evinə getdim. İmam qəmgin halda evin qapısında dayanmışdı. Ərz etdim ki, sənə fəda olum, övladının halı necədir? İmam buyurdu: “Yaxşı deyil.” Sonra imam evə daxil oldu, bir qədər yubandıqdan sonra bir qədər rahat vəziyyətdə bayıra çıxdı. Düşündüm ki, övladının halı yaxşılaşıb. Ərz etdim ki, uşağın halı necədir? Buyurdu: “Dünyasını dəyişdi.” Ərz etdim ki, sənə fəda olum, sağ olduğu vaxt qəmli idiniz, dünyaya vida edəndən sonra halınız dəyişdi.” İmam buyurdu: “Biz Əhli-beyt (ə) müsibət yetişməmiş nalə çəkirik, Allahın əmri həyata keçəndən sonra onun təqdiri ilə razılaşır, fərmanına təslim oluruq.”235 İbrahim ibn Səid deyir: “İmam Səccadın yanında xeyli adam olan bir vaxt otaqdan əzadarlıq səsi eşidildi. İmam qalxıb otağa getdi, sonra məclisə qayıtdı. Məclisdəkilər soruşdular ki, dünyasını dəyişənmi var? İmam buyurdu: “Bəli.” Məclisdəkilər ona başsağlığı verdilər, səbr və dözümünə heyran qaldılar. İmam buyurdu: “Biz Əhli-beyt (ə) sevdiklərimizə görə Allaha boyun əyir, sevmədiklərimizə görə şükr edirik.”236

Əhli-beyt (ə) və ismət məqamı

İsmət nədir?

İsmət insanı günahdan qoruyan bir xüsusiyyət, səciyyədir. İsmət vəsvəsələrin yolunu həmişəlik bağlayır. Bu səbəbdən isməti mə’rifət və vücuda aid bir səciyyə saymaq olar. İnsan təkamül yolunda Allahın lütfü ilə bu kamillik səciyyəsini əldə edir.

İsmət mə’rifət, vücud, əməl və elmə aid kamilliklərdəndir. Bu səciyyə mə’sumun həyatının bütün yönümlərinə tə’sir göstərir.

Elmi və əməli ismət

Kamilliklərin bir qismi elmi, digər bir qismi əməli xarakterə malikdir. Məsələn, ədalət insanın əməli yönümünə xas səciyyədir. Bu səciyyənin insanın elmi yönümünə aidiyyatı yoxdur.

Uyğun dəyərli səciyyə insanı bilərəkdən və ya bilməyərəkdən günahdan hifz edir. İsmət səciyyəsi isə cəhalət, xəta, unutqanlıq, digər başqa günahlardan qoruyur. Demək, mə’sum insan həm elm, həm də əməl baxımından hifz olunur. Onlar yersiz iş görmür, təbliğdə nöqsana yol vermir.

Bilgi nəzəri əqlə, günahdan çəkinmək əməli əqlə aiddir. Əslində əməli əql ismətinin mənşəsi elə mə’rifət və nəzəri əqldir. Əməli ismət elmi ismətlə məhdudlaşmır. Ola bilməz ki, bir insan əməl məqamında mə’sum ola, amma elm məqamında mə’sum olmaya. Halal-haramı, gözəl-çirkini tanımayan kəs əməl məqamında mə’sum ola bilməz.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]