Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Peyğəmbər canişinləri pak sifətlərin güzgüsüdür

Həqiqi peyğəmbər canişinlərinin peyğəmbərlik sifətlərindən olan xüsusiyyətlərini bəyan edən mö’təbər mənbəli rəvayətlər şübhəyə yer qoymur və təsdiqləyir ki, bəşəriyyətin həyat nizamı Allahın istədiyi canişininin öz yerində oturmasını tələb edir, eləcə də mə’lum olur ki, nəzərdə tutulmuş sifətlərə malik olmayanın bu məqama qalxması qəsbkarlıqdır. Bu istiqamətdə qəsbkarlıq bəşər həyatındakı nizamı pozur, ümmət acı hadisələrlə üzləşir və sonradan aradan qaldırılması qeyri-mümkün olan tənəzzülə uğrayır. Bu halda İslamdan yalnız quru ad, Qur’andan bir xətt qalır.

Allahın həqiqi ayinləri, onun bəyəndiyi İslam yalnız Əhli-beytə (ə) ardıcıllıq edən insanların həyatında özünü göstərir. Yalnız ilahi sifətlərinə görə Əhli-beyti (ə) peyğəmbər canişini sayıb onlara həyatın müxtəlif sahələrində tabeçilik edənlər gerçək dindən faydalanır.

Peyğəmbər canişinləri peyğəmbər sifətlərinin daşıyıcısıdır

Əhli-beyt (ə) ilahi adların zühur etdiyi, peyğəmbər sifətlərinin cilvələnmiş, peyğəmbərə xas iman və əxlaq xəzinəsi olan seçilmiş insanlardır. İnsaflı sünni alimləri öz kitablarında bu həqiqəti təsdiq edən rəvayətlər nəql edir. Həzrət Peyğəmbər (s) buyurur: “Adəmin elminə, Nuhun düşüncəsinə, Yəhyanın zöhdünə, Musanın əməlinə baxmaq istəyən Əli ibn Əbi Talibə (ə) baxsın.”218 Yuxarıdakı rəvayətə oxşar digər bir rəvayətdə həzrət buyurur: “Adəmin elminə, Nuhun təqvasına, İbrahimin dözümünə, Musanın heybətinə, İsanın bəndəliyinə baxmaq istəyən Əli ibn Əbi Talibə (ə) baxsın.”219

Bəli, peyğəmbərdən sonra sayı müəyyən olan on iki xəlifə, canişin, imam vardır. Onlar heç şübhəsiz “Ülul-əmr” (“əmr sahibi”) ünvanı ilə Allah tərəfindən seçilmişlər. Allahın əmri ilə peyğəmbər onların adlarını və xüsusiyyətlərini bəyan etmişdir. Bildirmişdir ki, xilafət və imamət məqamı onlara aiddir.

İmam Rizanın (ə) nəzərincə peyğəmbər canişinliyi

“Kafi” və “Muhəccətul-bəyza” kimi mühüm kitablardakı rəvayətlərdə imam Riza həqiqi imamın məqam və sifətlərini sadalayır. Həqiqi imamı, peyğəmbər canişinini tanımaq, onun məqamını dəyərləndirmək üçün bu rəvayətləri yada salmaq yerinə düşər.

Şübhəsiz, imamət peyğəmbərlik məqamı, vəsilər mirasıdır. Bu məqam Allahın xəlifəsi, peyğəmbərin xəlifəsi, Əmirəl-mömininin (ə) məqamı, Həsən və Hüseynin mirasıdır.

Heç şübhəsiz, imamət dinin cilovu, müsəlmanların nizamı, dünyanın salamatçılığı, mö’minlərin izzətidir.

Həqiqətən, imamət uca mərtəbəli İslamın sütunu, bu geniş həqiqətin cismidir. Yetərli namaz, zəkat, oruc, həcc, cihad, qənimət, sədəqə, hədd, ölkənin hifzi yalnız imamın varlığına bağlıdır.

İmam Allahın halalını halal, haramını haram edir. Allahın buyurduğu hədlər qorunur, din müdafiə olunur, insanlar hikmət və moizə ilə Rəbbinin yoluna də’vət edilir, aşkar dəlillərlə haqq yol açıqlanır.

İmam öz nuru ilə dünyanı işıqlandıran günəş kimidir. Bu günəş elə bir üfüqdədir ki, düşüncələr, bəsirətlər onu dərk etmir.

İmam on dörd gecəlik ay, nurlu çıraq, aydınlıq, yol göstərən ulduz kimidir.

İmam susuz üçün şirin su, yolunu azan insan üçün bələdçidir.

İmam hərarət axtaran üçün şö’lənənən od, təhlükə zamanı sığınacaqdır. Ondan ayrılan həlak olur.

İmam daimi və bərəkətli yağış kölgə salan bulud, məhsuldar torpaq, sulu çeşmə, bəhrəli bağ-baxçadır.

İmam vəfalı dost, mehriban ata, candan üstün qardaş, qayğıkeş ana, e’tibarlı sığınacaqdır.

İmam xalq üzərində Allahın nəzarətçisi, bəndələr üçün dəlil, yer üzündə canişin, Allaha doğru də’vət edib dini qoruyan kəsdir.

İmam bütün günahlardan, nöqsanlardan pak və uzaqdır. O elm və biliklə, səbir və dözümlə bəzənmişdir. İmam dinin nizamı, müsəlmanların izzəti, münafiqlər üçün qəzəb səbəbi, kafirlər üçün ölümdür.

İmam məqam və mərtəbəsinə kimsənin çatmayacağı bir kəsdir. Onunla eyni biliyə malik olan yoxdur. Ona oxşar tapılmaz, onun vücudu Allah tərəfindən əta olunmuş fəzl qoynundadır.

Axı bu dünyada kim imamı hərtərəfli tanıya bilər və kim xalq üçün imam seçə bilər? Heç vaxt, belə bir iş mümkünsüz!

Ağıllar bu vadidə çaşmış, düşüncələr heyrətdə qalmış, gözlər qaralmışdır. Bu səhnədə şəxsiyyətlər kiçik, hikmət sahibləri heyran , səbirlilər dözümsüz, natiqlər lal, düşüncə sahibləri nadan, şairlər çaşqın, ədiblər acizdir. Kimsə imamın şə’nindən, fəzilətindən nə isə demək gücündən məhrum!

İmamın sifətlərinin bəyanında öz acizliyini hamı e’tiraf etmişdir. Axı imamın bütün fəzilətlərini, məqamlarını, üstünlüklərini necə əhatə etmək olar?! İmamın batinini açmaq mümkünmü?! Axı imamın batinindən hansı həqiqəti anlamaq olar?! Onun yerində oturdulası birini tapmaq mümkünmü? Axı kimin varlığı insanları imamın varlığından ehtiyacsız edə bilər?! Bəli, imam əlçatmaz və vəsfəgəlməz bir ulduzdur.

Haradan və hansı dəlillə kiməsə imamı seçmək tapşırılıb? Ağıllar hara, o məqam və onun sahibi hara! Bu şəxsin oxşarı haradan tapılar?!

Yoxsa bu həqiqətlərdən xəbərsiz qalanlar, qəlbikor nadanlar, Səqifə mədrəsəsində tərbiyə almış alimnümalar, Bəni-üməyyə məktəbinin yetişdirmələri düşünürlər ki, bu sifətlər Əhli-beytdən (ə) qeyrisində tapıla bilər?

Əgər belə düşünsələr, vallah, özlərini aldadırlar, şərə təslim olmuşlar. Onlar çox çətin bir yolla hündürlüyə dırmanmaq istəmiş və oradan ən dərin uçruma yuvarlanmışlar. Öz yetərsiz düşüncələri ilə imam uydurmaq istəmiş və həzrət Peyğəmbərdən (s) uzaq düşmüşlər. Onlar dünya və axirətlərinə uduzmuş sitəmkarlardır.

Belələri imam və imamət məsələsində azdırıcı təzahürlərə əsir olmuş və bu təsəvvürlərlə yalnız həqiqətdən uzaqlaşmışlar.

Allah onları öldürsün, ölüm quyusuna yuvarlatsın! Gör yollarını necə azırlar!

Çox çirkin bir fikrə düşüblər və bu istiqamətdə böhtana əl atıblar. Onlar seçimi Allahın ixtiyarında olan xüsusi sifətlərə malik imamı əldən vermişlər və şeytan onların əməllərini gözlərində bəzəmişdir. Beləcə görən gözləri olduğu halda şeytan tərəfindən azdırılmışlar. Allahın, Peyğəmbərin (s) və Əhli-beytin (ə) seçiminə göz yumub öz seçimlərinə üstünlük vermişlər. Hansı ki, Qur’an onları uca səslə çağırırdı: “Rəbbin istədiyini yaradar və istədiyini seçər. Onların bu işdə ixtiyarı yoxdur. Allah Ona şərik qoşulanlardan üstün və pak-pakizədir.”220 Allah-təala buyurur: “Allah və Onun rəsulu bir işə hökm verdiyi vaxt heç bir mö’min kişi və qadının ixtiyarı yoxdur. Allah və onun rəsuluna qarşı itaətsizlik edənlər heç şübhəsiz, aşkar şəkildə azmışlar...”221 Başqa bir ayədə oxuyuruq: “Sizə nə olub ki, belə mühakimə yürüdürsünüz.”222

İmam Riza (ə) Əhli-beyt (ə) haqqının sübutu, müxaliflərin baxışlarının inkarı, Allahın seçiminə qarşı seçim aparıb təfriqə salanlara cavab üçün Qur’an ayəsinə istinadən buyurur: “Bu Allahın fəzlidir, onu istədiyinə əta edər. Allah böyük fəzl sahibidir.”223

Deyilənlərə əsasən, e’tiraf etməliyik ki, Əhli-beyt (ə) imam Rizadan (ə) nəql olunmuş rəvayətdə “Camieyi-kəbirə” ziyarətində sadalanmış ilahi sifətlərinə rəğmən dünyanın sonunadək öncüldürlər. Dünya və axirət işlərində onlara itaət hamıya vacibdir. Onlar istənilən bir yönümdə bütün mövcudlardan üstündürlər və onların oxşarı yoxdur. Müttəqilər mövlası Əmirəl-mö’minin (ə) bu barədə buyurur: “Onun nəsli ən üstün nəsil, ailəsi ən üstün ailə, övladları ən üstün övladlardır.”224

Əziz İslam peyğəmbəri (s) Əbdürrəhman ibn Ovfə buyurur: “Ey Əbdürrəhman! Siz mənim səhabələrimsiniz. Əli ibn Əbi Talib məndəndir, mən də Əlidənəm. O elmin qapısı, mənim canişinimdir. Şərafət və kəramət baxımından Əli, Fatimə, Həsən və Hüseyn insanların ən üstünüdür.”225

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]