Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) peyğəmbər canişinləridir

Şiə və sünni kitablarında bir çox rəvayətlərdə bildirilir ki, Əhli-beyt (ə) peyğəmbərin xəlifə və vəsiləridir. Bu rəvayətlər o qədər çoxsaylıdır ki, mütəxəssislər onları “mütəvatir” (yetərli sayda olan) rəvayətlərdən hesab edirlər. Yə’ni bu rəvayətlərin mə’sumlardan nəql olunmasına heç bir şəkk-şübhə yoxdur.

Yalnız Əhli-beyt (ə) mə’nəvi, e’tiqadi, əxlaqi və elmi səciyyələrinə görə peyğəmbər canişini olmağa layiqdir. Peyğəmbərə canişinlik onların haqqıdır və ümmətin digər nümayəndələri üçün belə bir hal nəzərdə tutulmur. Allahın əhdi olan imamət “Bəqərə” surəsində göstərildiyi kimi, peyğəmbərdən sonra yalnız Əhli-beytə (ə) məxsus məqamdır: “Mənim əhdim sitəmkarlara çatmaz.”213

Peyğəmbərə canişinlik peyğəmbərlik məqamından savayı bütün risalət sifətlərinə malik insanların haqqıdır. Əhli-beytdən (ə) savayı kimsə iddia etməmişdir ki, onda peyğəmbər səciyyələri cəmlənmişdir.

Həzrət Peyğəmbər (s) Əmirəl-mö’minin (ə) və digər imamlar haqqında buyurur: “O, bütün vəsilərin ağasıdır. Xoşbəxtlik və səadət onunla bir aradadır. Ona itaət yolunda ölüm şəhadətdir. Tövratda onun adı mənim adımla yanaşı çəkilir. Onun zövcəsi Fatimə mənim qızımdır. Onun iki oğlu behişt cavanlarının ağası, mənim iki övladımdır. İki övladı ilə o və sonrakı imamlar peyğəmbərlərdən sonra Allahın xalq üçün höccətləridir. Onlar mənim ümmətim arasında bilik qapılarıdır. Onlara itaət edən oddan qurtular. Onlara iqtida edən doğru yola yönələr. Allah hansı bəndəyə onların eşq-məhəbbətini əta etmişsə, onlar behiştə daxil edilmişlər.”214

İmam Hüseyn (ə) buyurur: “Allah Məhəmmədi öz xalqı üçün seçdi, ona peyğəmbərlik verməklə əziz tutdu. Onu risaləti üçün seçdi, o ruhani varlıq Allahın bəndələri üçün xeyir istədiyi bir vaxt Allah onu yanına apardı. Onun göndərildiyi risaləti bəyan etdi.

Biz Əhli-beyt onun yardımçıları, vəsiləri, varisləri, xalq arasında məqamına çatacaq ən layiqli kəslərik. Amma qövmümüz bu məqamı bizdən aldı, özünə götürdü. Biz də bu acı hadisəyə əsir olduq. Təfriqədən çəkinib hər tərəfli salamatlığı bəyəndik. Bu elə bir vaxtda baş verdi ki, biz haqqımızı bilirdik. Həmin məqamı əldə edənlərdən daha çox layiqik.”215 Bu rəvayətdə imam Hüseyn (ə) xilafət və canişinlik məqamını Əhli-beytin (ə) haqqı kimi tanıtdırır. Başqalarını bu məqama layiq bilmir. Çünki başqalarında onları bu məqama layiq edəsi sifətlər yoxdur.

Peyğəmbərlərin canişinləri kimdir?

Əhli-beytdən (ə) olan imamların həqiqi peyğəmbər canişini olmasını açıq-aydın təsdiqləyən rəvayətlər çoxdur. Bu rəvayətlərdə bildirilir ki, Əhli-beytdən (ə) savayı bu məqama iddialı olanlar sitəmkardır.

Əbu Cəfər Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qummi deyir: “İnkarolunmaz sənədlərə malik rəvayətlər və xəbərlərdə təsdiqlənir ki, həzrət Peyğəmbər (s) öz şəxsi qərarı ilə yox, Allahın əmri ilə Əlini (ə) canişin tə’yin etmişdir. Həzrət Əli (ə) imam Həsəni (ə), imam Həsən (ə) imam Hüseyni (ə), imam Hüseyn (ə) imam Səccadı (ə), imam Səccad (ə) imam Baqiri (ə), imam Baqir (ə) imam Sadiqi (ə), imam Sadiq (ə) imam Kazimi (ə), imam Kazim (ə) imam Rizanı (ə), imam Riza (ə) imam Məhəmməd Təqini (ə), imam Məhəmməd Təqi (ə) imam Əliyyən Nəqini (ə), imam Əliyyən Nəqi (Ə) imam Həsən Əsgərini (ə) və nəhayət, imam Həsən Əsgəri (ə) imam Mehdini (ə.c) Allahın əmri ilə canişinlik məqamına tə’yin etmişdir. Dünya ömründən bircə gün qalmış olsa belə, Allah həmin günü imam Mehdinin (ə.c.) zühurunadək uzadar. Dünya zülm-sitəmə qərq olduğu kimi zühurdan sonra bütün yer üzündə ədalət bərpa olar. Allahın salamı olsun ona və babalarına!216

Əmirəl-mö’minin (ə) Əhli-beytlə (ə) bağlı buyurur: “Onlar (imamlar) pak rəhbərlər, mə’sum soy, dəyərli nəsil, doğru yolda canişinlərdi.”217

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]