Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Tövhid, risalət və vilayətə şəhadət

Məhəmməd (s) risaləti, Əli (ə) və mə’sum imamların vilayəti tövhidin bir-birindən ayrılmaz şərtlərindəndir. Ona görə də qeyd olunur ki, bunlardan birinə şəhadət o biri ikisinə şəhadətdir. Tövhidə şəhadət risalət və vilayətə şəhadətlə eyni çəkidədir. Həqiqi şəhadət bu üç həqiqətə sözdə və əməldə şəhadətdir. Onlardan birini o birilərindən ayırmaq küfr, zəlalət, şirk və fisqdir.

Böyük Allah Qur’anda öz birliyinə, risalət və vilayətə şəhadət verir: “Allah şəhadət verir ki, ondan savay mə’bud yoxdur;” “Allah bilir ki, sən, şübhəsiz, onun rəsulusan;” “Sizin himayəçiniz və dostunuz Yalnız Allah, Onun rəsulu və daim namaz qılıb, rüku halında zəkat verən mö’minlərdir.”206

Vilayət məqamı feyz səbəbidir

Böyük vilayət sahibləri Qur’an ayələrinə əsasən Allah və onun xalqı arasında xəlifə və canişinlərdir. Onlar feyz səbəbi, xaliqlə xalq arasında rabitə yaradanlardır.

Əgər xilafət, vilayət və ruhaniyyət məqamı olmasaydı kimsə qeyb məqamından istifadə ləyaqəti əldə etməzdi. Haqq feyz heç bir mövcuda yetişməz, hidayət nuru batin və zahir aləmlərində görünməzdi.

Hər bir kəs feyz almaq üçün müqəddəs zatlara bağlanmağa ehtiyaclıdır. Vilayət məqamı ilə yaxınlıq sayəsində ruhani yüksəliş yolu keçilir. Çünki vilayət sahibləri uca mərtəbə, yəqin məqamındadırlar.207 Onlar öz ruhani me’raclarında kamil kəşfə yetişmişlər. Həmin mə’rifət məqamına çatmaq istəyən hər bir şəxs haqqın sirati-mustəqimi, həqiqi xəlifəsi olan mə’sumların yolunu getməlidir. Rəvayətdə oxuyuruq: “Allah sizin vasitənizlə başladı, sizin vasitənizlə başa vurar. Xalqın dönüşü sizə doğrudur.”208

O böyük insanların vücud və həqiqət nuru elə bir həddədir ki, özləri mücərrəd və nur varlıq olan əql aləmi mələkləri bu nurlu simaları müşahidə edə bilmir. Onlar Əhli-beytin (ə) nuru qarşısında səcdəyə düşür, ətrafa səpələnirlər.

Rəvayətdə nəql olunur ki, Peyğəmbər (s) Allah tərfindən göndərilmiş nur miniklə Cəbraillə yanaşı yüksəldiyi vaxt üçüncü məqama çatdı və bu məqamda mələklər pərən-pərən düşdü. Sonra bir yerə toplanıb səcdəyə qapıldılar və təsbih söyləyərək dedilər: “Pak-pakizədir bizim Rəbbimiz, mələklərin və ruhun Rəbbi. Bu nur Rəbbimizin nuruna necə də oxşayır!209

Rəvayətlər və ilahi xilafət məqamı

İstənilən bir halda Əhli-beytin (ə) Allah tərəfindən xilafət və canişinlik məqamı onların özlərinin yada saldığı sifətlərdəndir. İmam Riza (ə) buyurur: “İmamlar izzət və əzəmət sahibi olan Allahın yer üzündəki canişinləridir.”210 İmam Hadi (ə) “Came” ziyarətində deyir: “Sizə öz hidayəti ilə izzət verdi, sizi dəlil qərar verdi, nuru üçün seçdi, ruhu ilə gücləndirdi, yer üzündə canişini kimi bəyəndi, məxluqları üçün dəlil qərar verdi.”

Əli ibn Həssan deyir: “İmam Rizadan (ə) həzrət Kazimin (ə) ziyarəti haqqında soruşdular. İmam buyurdu: “Onun ətrafındakı məscidlərdə namaz qılın. Həmin məkanlarda bir bunu desəniz bəs edər: “Salam olsun Allahın dostlarına və seçilmişlərinə, salam olsun Allahın əminlərinə və aşiqlərinə, salam olsun Allahın yardımçılarına və dostlarına!”

Bir hadisədə Əmirəl-mö’minin (ə) haqqında deyilir: “Qiyamət günü ona aid nida çəkilər: “Allahın yer üzündə canişini haradadır?”211 İmam Səccad (ə) Ərəfə gününün duasında Əhli-beyti (ə) Allahın yer üzündəki canişinləri kimi yada salır: “Sənin yerində sənin canişinin!”212

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]