Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Vilayət risalətin batinidir

Bilməliyik ki, vilayət risalətin batinidir. Bir insan vəli məqamına çatmasa, peyğəmbər ola bilməz. Demək, hər bir peyğəmbər ilk növbədə vəlidir. Amma hər vəli peyğəmbər deyil. Peyğəmbər bir hədisdə buyurur: “Mən və Əli bir nurdan yaradılmışıq.”196 Onlar varlıq aləminə gələnədək bütün mərtəbələrdə bir olmuşlar. Peyğəmbər həzrətləri Abdullahın, həzrət Əli Əbi Talibin sülbündə qərar tutmuşdur. Allahın vəlisi olan Əli (ə) Peyğəmbərin (s) batinidir. Risalətdən savay bütün hökmlərdə onunla şərik və yoldaşdır. Demək, Əli (ə) də ilk yaranmış, zühur yeri, nur, Allahın vəchi, Allahın yolu və xəlifəsidir. Hamı onun vilayəti altındadır. Hətta peyğəmbərlər də bu vilayətə daxildir.

Peyğəmbər (s) buyurmuşdur: “Adəm və başqaları Qiyamət günü mənim bayrağım altında olar. Allah bəndələri arasında hökm etdiyi vaxt Əmirəl-mö’minin bayrağı götürər.”197 Əgər peyğəmbərlərin risaləti İslam peyğəmbərinin risalətinə daxildirsə, onların vilayəti də Əlinin (ə) vilayətinə daxildir. Əmirəl-mö’minin (ə) bütün peyğəmbərlərlə batində, İslam Peyğəmbəri (s) ilə zahirdə olmuşdur.

Buna görə də peyğəmbərin ruhaniyyət və vilayət məqamı həzrət Əlinin (ə) vilayət məqamı ilə birdir. Həzrət Əli (ə) də bu günlə keçmiş arasında rabitə vasitəsidir. Bir fərqlə ki, Əli (ə) batin adından tam zühur nöqtəsidir. Əli (ə) vilayətinə sarılmadan Allahın doğru yolunu adlamaq mümkünsüzdür. Belə bir insan daxilən mövqe tuta bilmir. Bütün mə’sum imamlar vahid nur olduğundan onlardan birinin hökmü o birilərinə də aid olur.

Xaliqlə xalq arasında rabitə peyğəmbər, Əli (ə) və digər mə’sum imamların ruhaniyyət və vilayət məqamıdır. Belə bir vasitə olmadan Allahdan heç bir iş baş vermir. Ruhani vasitələrsiz, qeybi rabitələrsiz varlıq aləmində kamil iş həyata keçmir.

Əlbəttə, vəhdət məqamı ilə çoxluq məqamı arasında fərq qoyulmalıdır. Vəhdət məqamında mövcudlar heç bir vasitəsiz Allahla rabitəyə qatılır. Qur’anda oxuyuruq: “Allah daim hər şeyi əhatə edir.”198

Çoxluq məqamında isə ilahi feyz müxtəlif məcralarda cərəyan edir. Bu feyz xəlifətullah, Məhəmməd, ələvi və Əhli-beyt (ə) həqiqəti vasitəsi ilə çatdırılır.

Həqiqi xəlifələr və feyz vasitəsi

Feyz və məqama çatan müqəddəs vücudlar vasitəsi ilə çatır. Qur’ani-məcid buyurur: “Ona yaxınlaşmaq üçün vasitə axtarın...”199 Qəti hökm verildi ki, Allahın möhkəm ipinə sarılın.200

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Biz Allahın möhkəm ipiyik.”201

Əli (ə) və Məhəmməd (s) Əhli-beyti (ə) vilayətinə sarılmaq Allaha doğru hərəkət, ilahi feyzdən faydalanma şərtidir. Bu feyz elm və bəsirət kimi mə’nəvi, dünya ne’mətləri kimi maddi feyz ola bilər. Peyğəmbər (s) buyurur: “Mən elmin şəhəriyəm, Əli bu şəhərin qapısıdır. Bu şəhərə daxil olmaq istəyən onun qapısından daxil olmalıdır.”202

Əmirəl-mö’minin (ə) vücud mə’rifəti baxımından eniş qövsündən sonra yüksəliş yolunu getdi və dairəni qapadı. Həzrət Allaha doğru səfəri başa çatdırdı. Allaha doğru düz yolda qəlbə və cismə aid olan hər bir əməl onun vilayətinə tabedir. Tövhid və imanın düzlüyü də bu vilayətdən asılıdır. Çünki ibadət maddi aləmdə tövhidin enişidir. Tövhid şəhadət aləmində ibadət formasında zühur edir. Beləcə, vilayətə daxil olmayan qəlb və ya cism ibadəti tövhid ibadəti olmayacaq.

İmam Məhəmməd Baqir (ə) qəti və hikmətli bir kəlamda buyurur: “Bil ey Məhəmməd! Şübhəsiz, zülm-sitəm başçıları və onların din yolunu tutmuş ardıcılları azmış və azdırandır. Onların əməlləri tufanlı bir gündə göyə sovrulası kül kimidir. Onlar gördükləri xeyir işlərdən faydalanmazlar. Budur uzaq azğınlıq!”203

Mö’təbər rəvayətçilərdən olan Əban ibn Təğləb uzun bir hədisdə belə nəql edir: “İmam Sadiqdən (ə) soruşdum ki, Allah biz şiələri nə üçün cəhənnəm odundan azad edib? Həzrət buyurdu: “Əmirəl-mö’minin Əli ibn Əbi Talib (ə) vilayətinin qəbulu üçün.”204 “Silsilətuz-zəhəb” hədisində imam Rizadan (ə) belə nəql olunur: Allah-təala buyurmuşdur: “Tövhid mənim hasarımdır. Hər kəs bu hasara daxil olsa, əzabdan amandadır.” Həzrət başqa bir məqamda buyurur: “Həqiqi tövhidə daxil olmağın şərtləri var. Mən mütləq vilayət sahibi olaraq tövhid şərtlərindən biriyəm.”205

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]