Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) və ilahi xilafət məqamı

Həzrət Haqqın adları sadəcə sözdə olan adlar yox, müşahidə olunan həqiqətlərdir. Allahın iradəsi ilə təcəlla etmiş qeyblə bağlı ilkin adlar bə’zi rəvayətlərə görə dörd ad, bə’zi rəvayətlərə görə yeddi addır. Onları bir adla da ifadə etmək olar. İlkin zühur etmiş adlar “Əl-həyy”, “Əl-əlim”, “Əl-qadir”, “Əl-mutəkəllim” adlarıdır.

Bu adların hər birinin öz əhatəsi var və onlar təcəlla etməkdədir. “Əllah” adı bütün adları özündə daşıyır və hansısa ad təklikdə zühur edə bilmir.

Yaranış nizamının xəlifəyə ehtiyacı

Allahın gözəl adları ilə gerçəkləşmiş varlığın hər bir hissəsi bir adın hökmü altındadır. Şübhəsiz, haqqın ismi-əzəminin tam təcəllası olan bir kəs yaranmalıdır. Bu varlıq haqqın adları arasında rabitə yaratmalı, bir adın o biri ada maneçiliyinin qarşısını almalıdır.

Başqa sözlə, varlıq aləmində bütün gözəl ad və sifətlərin zirvəsi olan kamil insana ehtiyac var. Həmin insan Allahın xəlifəsi olaraq bu məcmuəni idarə etməlidir. O öz nuraniyyəti ilə Allahın izni əsasında hər bir işi qaydasına salmalıdır. Hətta nur və əqldən ibarət mələklərin də müəyyən vəzifələri var. Qur’anda oxuyuruq: “Hər birimizin müəyyən məqamı var.”181 Mələklər də Allahın xəlifəsinə ehtiyaclıdır. Onların işinə nəzarət olunmalı, ehtiyac duyulan biliklər onlara öyrədilməli, onlar bir bayraq altında hərəkət etməlidir.

Bir sözlə, ayə və rəvayətlər, hikmət və irfan əsasında varlıq nizamı Allahın xəlifəsinə ehtiyaclıdır. Hətta heç bir insan yaradılmasaydı da varlıq nizamı Allahın xəlifəsinə möhtac idi. Demək, insanın varlığından, kəmiyyətindən asılı olmayaraq, varlıq Allahın xəlifəsinə ehtiyaclıdır.

Bəşər növünün ilk nümayəndəsi olan həzrət Adəm də Allah xəlifəsinin mə’nəviyyat və nuraniyyətinə möhtac idi. Yalnız bu yolla onun işləri ədalət əsasında idarə oluna bilərdi. Hətta özü xəlifə olanın da Allahla rabitəsi üçün, haqqın göstərişlərini əldə edib həyata keçirməsi üçün xəlifəyə ehtiyacı vardı.

Varlıq aləminin xəlifəyə ehtiyacını nəzərə alaraq mehriban Allah özü üçün xəlifə tə’yin etdi. Ona varlıq və kainat üzərində ixtiyar verdi. Hər şey ona ram edildi, ona vilayət məqamı əta olundu. Qur’anda oxuyuruq: “Şübhəsiz, yer üzündə canişin qərar verərəm...”182

Bu xəlifə yerin təkindən başlayaraq onun üzərində nə varsa idarə edir. Yer üzü zahiri baxımdan əskik görünsə də, qüvvə və istedad baxımından yüksək məqama malik məkandır. Çünki torpaq bütün ilahi adları özündə cəmləşdirə biləcək yeganə ünsürdür. Ayədə buyurulur: “Allah bütün adları Adəmə öyrətdi...”183

Allah xəlifəsinin sifətləri

Xəlifə bütün adlara sahib məqama malik olduğundan bütün varlığın ustad və müəllimidir. Allah insanın mələklərə ustadlığını bəyan etməklə onun bütün digər varlıqlara ustad olduğunu sübuta yetirir. Əgər ən yüksək məqama malik mələklər şagird olursa, başqaları haqqında danışmağa dəyməz. Qur’anda oxuyuruq: “Sonra mələklərə buyurdu: “Əgər doğruçusunuzsa, mənə onların adını deyin.” Mələklər dedilər: “Sən hər bir nöqsandan paksan. Bizə öyrətdiyindən başqa bir şey bilmirik. Şübhəsiz, elm və hikmət sahibi Sənsən.” Allah buyurdu: “Ey Adəm! Mələklərə onların adını xəbər ver.” Elə ki, onların adını mələklərə söylədi, Allah buyurdu: “Sizə demədimmi ki, mən göylərin və yerin batinini bilirəm, sizin aşkarda və gizlindəki işlərinizdən xəbərdaram?!”184

Allahın xəlifəsi mə’rifət, ilahi adların dərki baxımından ən üstün imkan halına malikdir. O ədalət baxımından mərkəz mövqedə dayanmalıdır ki, mələklərə tə’lim verə bilsin, onların işini idarə etsin, müəyyənləşmiş işlərinə yönəltsin.

Başqa sözlə, Allahın xəlifəsi mə’rifət və vücud, ismət və ədalət baxımından üstün məqama malik olmalıdır ki, ilahi adlar arasında varlığı nizam üzrə yönəltsin. Allahın xəlifəsi o kəsdir ki, bütün vücud mərhələlərini adlamış, mə’rifət baxımından bütün məqamlara sahib olmuşdur. Kitab elminə sahib olan kəs Allahın xəlifəsidir. O nəinki həmin kitaba yol tapmış, hətta ona qatılıb birləşmişdir. Onun həm idrak, həm də iş qüvvələri kamil tarazlıq halındadır. O nikbin, xeyirxah, alim və salehdir. O səxavət, qənaət, iffət, şücaət, əfv kimi fəzilətləri haqdan əldə etmiş, ilahi hikmət və əməli irfanda zirvəyə çatmış, bütün ilahi adların təcəllası olmuşdur.

Allahın xəlifəsi hər dövrə uyğun ilahi adla zühur edir. O hər addan yerində faydalanır və hər adın haqqını ödəyir. Hansısa adın zühur etməməsinin qarşısını alan da Odur.

Allahın xəlifəsi o zaman tam zühur edir ki, bütün ilahi adlar eyni həddə görünsün, xəlifə özü mərkəzdə qərar tutsun və xalqlar arasındakı ixtilafı aradan qaldırsın.

O vücud və mə’rifət baxımından, gözəl məqamdan da üstün, yəqin məqamında olmalıdır. O elə bir mə’rifət və əməl sahibidir ki, haqdan qeyrisi ilə rabitəni üzmüşdür, varlığa diqqətli olduğu kimi e’tinasızdır. Son kamal həddində dostdan qeyri hər şeyi unudur, Allah tərəfindən yüksəldiləcək məqama çatır. Allahın fəna məqamına çatdığı xəlifə Allah yolunda cihad edib yolunu haqla haqqa çatdırır. Allah rəngi aldıqdan sonra elə bir məqama yüksəlir ki, Haqqın izni ilə “ol” deyib yaradır. Bəli, belə bir məqamda onun zatı Allahın razılığından, iznindən, işindən, qüvvəsindən ibarət olur. Bu səbəbdən də təbiətin işlərinə qatıla bilir, qəlbi Allahın ərşi olur, Allahı yaddan çıxarmır. Ayədə oxuyuruq: “Rəhman Allah varlıq aləmindəki işlərə qalibdir.”185

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]