Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Rəvayətlərdə Əhli-beytin (ə) məsəli

Rəvayətlərdə Əhli-beyt (ə) təkcə ulduzlara və nicat gəmisinə oxşadılmır.

Hittə qapısı: Həzrət Peyğəmbər (s) buyurur: “Mənim Əhli-beytim (ə) sizin üçün Hittə qapısı Bəni-İsrail üçün olduğu kimidir. Bu qapıdan girən bağışlanacaq.”163 Həzrət Əli (ə) buyurur: “Biz Əhli-beyt (ə) Hittə qapısıyıq. Bu qapı salamatlıq qapısıdır. Ondan daxil olan nicat tapdı, ondan üz çevirən həlak oldu.”164 Həzrət başqa bir məqamda buyurur: “Agah olun! Adəmin gətirdiyi elm, peyğəmbərləri üstün edən hər bilik son peyğəmbərin Əhli-beytində (ə) var. Bəs haraya üz tutmusunuz, hara gedirsiniz? Əhli-beyt (ə) sizin aranızda Əshabi-kəhf, Hittə qapısı kimidir. Onlar salamatlıq qapısı kimidirlər. Allah onları öz kitabında belə yada salır: “Ey iman əhli! Hamınız təslim halına gəlin, şeytanın addımlarını izləməyin, o sizin açıq düşməninizdir...”165

Beytullah: Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurmuşdur: “Ey Əli! Siz Əhli-beyt (ə) beytullah (Kə’bə) kimisiniz. Ona daxil olan salamat qaldı. Sizi dost bilib yardım edən cəhənnəm odundan amanda qalacaq. Sizə kin bəsləyib düşmənçilik edən oda atılacaq. Ey Əli! Allahın kitabına əsasən gücü çatana həcc vacibdir. Səbəbi olan üzürlüdür. Yoxsulun üzrü onun yoxsulluğu, xəstənin üzrü onun xəstəliyidir. Amma Allah sizə münasibətdə səhlənkarlığı nə varlıdan, nə yoxsuldan, nə xəstədən, nə sağlamdan, nə kordan, nə də görəndən heç bir üzrlə qəbul etmir!”166

Cisim üçün baş: Həzrət İslam peyğəmbəri (s) buyurur: “Mənim Əhli-beytimi (ə) cisminiz üçün baş, başınız üçün iki göz bilin. Cisim başsız yol getməz, baş gözsüz yol tapmaz.”167 Aydın olur ki, Əhli-beyt (ə) aşiqləri nə üçün bu insanları özlərinə baş və göz hesab etmişlər. Onlar bir an olsun belə bu eşqsiz yaşamamış, Əhli-beyt (ə) maarifindən əl çəkməmişlər. Əhli-beytsiz (ə) həyat onların aşiqləri üçün korluq, azğınlıq, heyrət, fəlakətdən başqa bir şey deyil.

Aşiqanə seçim

Aşura gecəsi imam Hüseyn (ə) öz tərəfdarlarına “bey’ətinizi götürdüm və hara getməkdə azadsınız” desə də, onlar bu barədə düşünmək belə istəməyib, imamdan üzr dilədilər. Bildirdilər ki, heç vaxt ondan ayrılmayacaqlar.

Əhdimiz səninlə, yox başqa bir yol,

Gözümüzdə deyil nə sağ, nə də sol.

Sevgi şərbətini içəndən sonra

And içib qədəhi vurduq divara.

Aşiqanə cavab

Heç şübhəsiz, insan Əhli-beytə (ə) səfa-səmimiyyətlə üz tutub, onları çağırsa, qarşı tərəfdən aşiqanə cavab alasıdır. Onlar öz aşiqlərinə qucaq açası, xoşbəxtlik yolunda yardım göstərəsidirlər. Çünki onlar Allahın ad və sifətlərinin təcəllasıdır və insanları Allah kimi sevirlər. Onların bəşəriyyətə lütfü həmişəlik və daimidir.

Həmin eşq və lütf əsasında imam Hüseyn (ə) aşura günü qana bələnmiş cismi ilə meydana çıxıb düşmənə mehribancasına müraciət etdi. Onun bu hərəkəti öz bəhrəsini verdi. Qatı düşmənlərdən olan iki qardaş, Əbül Hütuf və Sə’d ibn Hərəs, Nəhrəvan şeyxlərindən və Yezid döyüşçülərindən olan bu iki qardaş ilahi nəfəsin tə’siri altında tövbə qılıb doğru yola gəldilər. Həzrətin ömrünün son anlarında onlar haqq cəbhəsinə qatıldılar, Əhli-beytin (ə) müdafiəsinə qalxdılar. Onlar Həzrət Haqqın əlindən şəhadət şərbətini içib ən üstün mə’nəvi dərəcəyə qalxdılar, behişt mənzillərinə yola düşdülər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]