Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) nicat gəmisidir

Əhli-beytin (ə) pak ruhları Allahın iradəsi ilə nurlanan vücudlarına rəğmən bütün mövcudlardan öncə mərhəmət üfüqündə doğmuşlar. İlahi ərş ətrafında dövrə vurmuş bu vücudlar Allah-təalanın həmd-səna dəryasında qol açmışlar. Allah insanların hidayəti üçün onlara minnət qoydu və onların hər birinə münasib dövrdə pak ruh əta etdi. Onlar xalq arasında aşkarlandı.

“Camieyi-kəbirə” ziyarətində oxuyuruq: “Allah sizi nur şəklində yaratdı, ərş ətrafında düzdü ki, biz insanlara minnət qoysun. Sizi adının zikr olunası evlərdə qərar verdi...” Siz Rəhmanın ərşində dövrə vurub düzüldüyünüz vaxt Nuhun gəmisi kimi tufana düşmüşlər üçün qurtuluş oldunuz. Sizi burulğana düşənlərə qurtuluş vasitəsi kimi tanıtdırdı. Ziyarətdə oxuyuruq: “Allah sizi əzizlərinin ən şərafətli yerinə, özünə yaxınların ən üstün mənzillərinə, elçilərinin ən üstün dərəcələrinə çatdırdı...”

Adəm və nicat gəmisini çağırış

Mö’təbər hədislər və təfsirlərdə imam Əsgəridən (ə) nəql olunur ki, Adəm öz məqamından endiyi, mələklərlə yoldaşlıqdan məhrum olduğu, behiştdəki mənzilini itirdiyi, kəramət libasının alındığı vaxt Allah-təalaya üz tutub dedi: “Pərvərdigara! Səni and verirəm Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn, onların Əhli-beytindən (ə) olan pakların hörmətinə, tövbəmi qəbul et, səhvimi bağışla, məqamıma qayıdışı mənə ehsan et.” Allah ona belə cavab verdi: “Tövbəni qəbul etdim, razılıqla sənə üz tutdum, maddi və mə’nəvi nemətləri sənə qaytardım, öz kəramətimlə səni məqamına döndərdim. Öz rəhmətimlə payını tamamladım.” Allahın buyuruqlarından anlaşılır ki, Adəm tövbə və Əhli-beytə (ə) təvəssül kimi kəlmələr öyrəndi və tövbəsi qəbul olundu. Çünki Allah tövbələri qəbul edən və mehribandır.157

Əhli-beyt (ə) qurtuluş vasitəsidir

Əbuzər Kə’bə qapısından tutub dedi: “Eşitdim ki, Peyğəmbər (s) belə buyurdu: “Agah olun, mənim Əhli-beytim sizin üçün Nuhun gəmisi kimidir. Hər kəs ona pənah gətirsə qurtuldu, hər kəs ondan qalsa məhv oldu.”158

Əmirəl-mö’minin (ə) buyurur: “Əgər sizlərin qurtuluşu nəzərdə tutulmasaydı, Allah bizi bu dünyaya göndərməzdi. Biz Allahın ərşi ətrafında həmd-sənaya məşğul idik və dünya əhli deyildik. Sizin ardınızca göndərildik ki, sizi küfr, şirk və azğın nəfs istəkləri girdabından çıxaraq, insanlıq zirvəsinə çatdıraq. Biz dünyanın zülmət quyusu başında dayanıb sizi onun dərinliyindən çıxaran, bu torpaq aləmdən pak aləmə hidayət edən karvanıq. Beləsə, əlimizi əlinizə verin, sədaqətlə bizə bey’ət edin ki, sizi bu girdabdan, tufanlı dəryadan xilas edib qurtuluş sahilinə çıxaraq.”

Həzrət Peyğəmbər (s) buyurur: “Biz nicat gəmisiyik. Ona pənah gətirən nicat tapdı, ondan qalan həlak oldu. Allahdan bir şey istəyən biz Əhli-beyt (ə) vasitəsi ilə istəməlidir.”159 Əmirəl-mö’minin (ə) Kumeylə buyurdu: “Ey Kumeyl! İslam peyğəmbəri (s) ramazanın on beşinci günü əsr namazından sonra mühacirlər və ənsar bir yerə toplaşdığı vaxt minbərə qalxıb buyurudu: “Əli və onun iki pak övladı məndəndir, mən də onlardanam. Onlar nicat gəmisi kimidir. Ona pənah gətirən nicat tapar, ondan qalan məhv olar. Qurtulan Firdövs cənnətdədir, yerdə qalan cəhənnəm odunda!”160 Həzrət başqa bir məqamda buyurur: “Bizim vilayətimizə (hakimiyyətimizə) tabe olan qabağa düşdü, bizim gəmidən qalan qərq oldu.”161 Gecələr yol gedənlər üçün ulduzlar nişangahdır. Bir çox müsafirlər gecənin qaranlığında ulduzların köməyi ilə hərəkət edir. Həzrət Peyğəmbər (s) bir rəvayətdə Əhli-beyti (ə) ulduzlar tək əmin-amanlıq vasitəsi hallandırır: “Ulduzlar yer əhlini qərq olmaqdan qoruyan əmin-amanlıq vasitəsidir. Mənim Əhli-beytim ixtilafdan qurtuluş səbəbidir. Onlarla olmayan, onlara qarşı qalxan zümrə bir-biri ilə də ixtilafda olar və şeytan firqəsindən sayılar.”162

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]