Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

İnsanın xaricən mövcudluğundan öncə elmi mövcudluğu

Hər şey xaricən mövcud olmazdan öncə Allahın elmində var olmuşdur. Yalnız Allahın “ol” əmri ilə mövcudlar xaricən ərsəyə gəlmişlər.

Allah tərəfindən xitab olunan bir şey var olmaya bilməz. Demək, xaricən mövcud olmayan bir şey haqqın elmində mövcuddur.

Digər bir tərəfdən, bizim elmi varlığımız “təcərrüd” dəlilinə əsasən, daim elimlə müşayiət olunmuşdur. Sübut olur ki, biz xaricən mövcud olmazdan öncə (dünyaya gəlməmişdən qabaq) elmi şəkildə mövcud olmuşuq. Həmin elmi məqamda varlığımızı bilmişik. Amma bu varlıq xarici bir varlıq olmamışdır. Bu mövzuda “Məryəm” surəsinin 67-ci ayəsini xatırladıq.

İnsanın öz elmi varlığını bilməsi nə deməkdir? Yə’ni biz bilmişik ki, varıq, amma hazırda bu bilgimizi unutmuşuq. Diqqətlə düşünən anlayır ki, bir vaxt olmamış, sonradan vücuda gəlmişdir. Amma öncəki mərhələ zikr olunası deyil. Yalnız xarici varlıq mərhələsi yada salınasıdır.

“Məgər insan yada salmır” sualından aydın olur ki, insanın hazırda unutduğu bir bilgisi olmuşdur. Əgər qəflət tozunu silə bilsək, bir vaxt Allah bizimlə danışmış, xarici varlığımız olmayan vaxt bizə nələrsə öyrətmişdir.

Ayrılma yox, təcəlla

Əlbəttə, belə bir nöqtəni yaddan çıxarmamlıyıq ki, insanın xarici surətə düşməsi ilahi elmdən qırılma yox, təcəlladır. Yə’ni xarici surətə düşdükdən sonra da ilahi elm insan vücudunu dərk etmir. Məsələn, ustad elmini şagirdə verdikdə boşluq yaranmır. Xarici surətə düşmüş insan ilahi elm mərhələsində də mövcuddur. Bu iki həqiqət arasında daimi bir əlaqə mövcuddur. Beləcə, qəflət tozunu silməklə öz nur mərhələmizi yada sala bilərik.

Təbii vücud ən aşağı mərhələdir

İnsanın təbii vücudu vücud mərtəbələrinin sonuncusudur. Ondan yuxarı “misali”, ondan da yuxarı “əqli”, ən yuxarı “elmi” vücud gəlir. İnsan ən alçaq mərtəbədən87 “ol” əmri ilə varlıq mərtəbəsinə keçir.88 Bilməliyik ki, ilahi əmr və yaranış insanda cəmləşmişdir.89 Yalnız bundan sonra insan ərsəyə gəlir.

Qur’ani-məcid bu qəribə mövcud haqqında buyurur: “Mən bəşəri üfunətli və tutqun palçıqdan götürülmüş quru gildən yaratdım.”90 Başqa bir ayədə oxuyuruq: “Həqiqətən, mən bəşəri gildən yaradacağam.”91 Bu iki ayə və oxşar ayələr ən aşağı maddi və təbii varlıq mərhələsini açıqlayır. Sonra buyurulur: “Elə ki onu düzəldib ruhumdan üfürdüm, ona səcdə edin.”92 Bu ayələrə əsasən belə bir nəticə çıxarırıq ki, insan kompleks bir varlıqdır və digər mövcudlardan üstündür.

Əhli-beytin (ə) vücud üstünlüyü

İlahi maarif və Qur’an ayələrinə əsasən Əhli-beyt (ə) bütün mərhələlərdə bəşəriyyət arasında imtiyazlara malikdir. Onlar elmi, misali, əqli, təbii mərhələləri kamil şəkildə başa vurmuşlar. Çünki Əhli-beyt (ə) eyni bir kökdən, xüsusi bir nurdandır. Başqaları isə fərqli şəcərələrə malikdir. Həzrət Peyğəmbər (ə) buyurur: “Mən və Əli (ə) eyni bir ağacdan, qalan insanlar müxtəlif ağaclardandır.”93 Əhli-beytin (ə) vücudu istənilən bir məqamda başqaları ilə müqayisə oluna bilməz. Çoxsaylı mö’təbər rəvayətlərə əsasən, onların nurani mahiyyəti hamıdan artıqdır. İnsana Allah tərəfindən müraciət olunması onun əzəmətini göstərir. Qur’anda bu barədə buyurulur: “Elə bir bəşər yoxdur ki, Allah onunla danışsın. Bu iş yalnız vəhy yolu ilə, qeyb pərdəsi arxasından və ya (mələk kimi) elçisi ilə mümkündür. Mələk Allahın izni ilə onun istədiyini vəhy edər. Şübhəsiz, o uca məqam və hikmət sahibidir.”94

Allahın müraciət etdiyi bəşərin ən şərəfli və ən kamili həzrət Məhəmməd (ə) və onun Əhli-beytidir (ə). Peyğəmbərə (s) gələn hər nə onların mübarək qəlbinə nəql olmuşdur. Əslində, Peyğəmbərin (s) risaləti vasitəsi ilə haqqın müraciət ünvanı olmuşlar.

Şərəfli və kamil zümrə olan Əhli-beyt (ə) bütün mərtəbə və mərhələləri nöqsansız qət etmişdir. İlahi nur onlarda təcəlla etmiş, Allahın öz məxluquna xitabında vasitə olmuşlar.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]