Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

14. Məhəbbət qəlb aramlığı səbəbidir.

Əhli-beyt (ə) məhəbbəti təkcə ölüm zamanı və axirətdə kara gəlmir. Bu məhəbbətin dünya həyatında da yetərincə faydaları var.

Əhli-beyt (ə) məhəbbətinin mühüm tə’sirlərindən biri də qəlb arxayınlığıdır. Dünyanın saysız-hesabsız iztirabları Əhli-beyt (ə) aşiqinin aramlığını pozmur. Əmirəl-mö’minin (ə) buyurur: “Agah olun, qəlblər yalnız Allahın zikri ilə aram olur” ayəsi nazil olanda girami Peyğəmbər (s) buyurdu: “Bu ayə Allah və onun rəsulunu sevən, Əhli-beytimə sadiq dost olan, mö’minlərə üzdə və arxada məhəbbətli kəs haqqında nazil olmuşdur. Onlar, həqiqətən, Allahı zikr etməklə bir-birlərini sevərlər.”713

Bəli, Allah, Peyğəmbər (s), Əhli-beyt (ə) və mö’minləri sədaqətlə sevən şəxs əməldə də sadiq olur. Belə bir insan Allaha ibadətdə, Peyğəmbərə (s) itaətdə, Əhli-beytlə dostluqda, mö’minlərə münasibətdə yalnız axirəti nəzərdə tutur. Şübhəsiz ki, belə bir həyat tərzi insan qəlbində aramlıq yaradır. Xain, oğru, sitəmkar, qəsbkar, rüşvətxor, sələmçi, şorgöz, zinakar, fasiq, asi, azğın, əskik satan, saxtakar, hiyləgər, dığal insan heç vaxt qəlb aramlığını dadmır. Yalnız sədaqətli Əhli-beyt aşiqləri bu işlərdən uzaqdır və qəlb aramlığından bəhrələnir.

İmam Sadiq (ə) buyurur: “Həzrət Peyğəmbər (s) Əliyə “Onların qəlbləri Allah zikri ilə aramlıq tapar” ayəsi ilə bağlı buyurdu: “Bilirsənmi bu ayə kimin haqqında nazil olub?” Həzrət Əli (ə) “Allahın rəsulu (s) daha yaxşı bilir” söylədi. Peyğəmbər (s) buyurdu: “Ayə məni təsdiq edən, mənə iman gətirən, səni və övladlarını sevən, din və dünya işlərini sənə və səndən sonrakı imamlara tapşıran kəs haqqındadır.”714

Sünnə əhlinin mö’təbər saydığı Ənəs ibn Malik deyir: “Peyğəmbər “Onların qəlbi Allah zikri ilə aramlıq tapar” ayəsini oxuyub buyurdu: “Ey Ümmü-Səlim oğlu! Bilirsənmi kimlər nəzərdə tutulur?” Dedim: “Ey Allahın rəsulu, kimlər nəzərdə tutulur?” Həzrət buyurdu: “Biz Əhli-beyt (ə) və bizim şiələrimiz.”715

Əhli-beytə (ə) təvəssül (bağışlanma üçün onların vasitə seçilməsi)

Əhli-beyt (ə) aşiqləri çətinliyə düşdükdə və təbii yollarla bu çətinliyi aradan qaldırmaq mümkünsüz olduqda mə’sumları Allah hüzurunda vasitəçi seçir və inanırlar ki, əgər məsləhət olarsa, müşküllər həll olasıdır.

İmam Mehdinin (ə) qeyri-adi diqqəti

Müəllif 21-22 yaşlarından ömrünü Qum elmi hövzəsində Əhli-beyt (ə) maarifini öyrənməyə həsr etmişdir. Tə’til dövründə valideynlərimi yoxlamaq üçün Tehrana gələrdim. Bir gün Əhli-beyt vilayətinin böyük müdafiəçisi, “Pişavər gecələri” kitabının müəllifi Sultanul-vaizin Şirazinin görüşünə getdim. Yanında başqa bir şəxs vardı. Ustad məni təqdim edib, “Qum tələbələrindəndir” söylədi. Bildirdi ki, hər tə’tildə onun görüşünə gəlirəm. Sonra həmin şəxsi mənə təqdim etdi. Bildirdi ki, həmin şəxs uzun illərdir ustadın məclislərində iştirak edir və adı Hüseynidir. Sonra Hüseyni ağaya dedi: “Əhvalatını öz dilinlə danış.”

Hüseyni ağa söhbətə başladı: Mənim xəstəlik tarixçəm Pars xəstəxanasındadır. İstərdim özün həmin tarixçəni görüb, həkimlərin mənim müalicəmi qeyri-mümkün saymasına şahid olasan. Bir gün sübh yuxudan oyanıb dəstəmaz və namaz üçün ayağa qalxmaq istədim. Hiss etdim ki, dura bilmirəm. Zövcəmi səslədim. Zövcəmin cəhdləri faydasız oldu, ayağa qalxa bilmədim. Namazımı uzanmış vəziyyətdə qıldım. Hava işıqlananda xahiş etdim ki, həkim gətirsinlər. Həkim gəldi və müayinədən sonra bildirdi ki, mən iflic olmuşam və ömrümün sonunadək bu vəziyyətdə qalasıyam. Məni xəstəxanaya apardılar. Bir müddət xəstəxanada müayinələr aparıldı. Müalicənin mümkünsüzlüyünə əmin olan həkimlər məni evə yola saldılar. Zövcəmə dedim: “Təbabət təkcə İran, Avropa və Amerika tibbindən ibarət deyil.” Zövcəm dedi: “Zahirən belədir.” Dedim: “Mən onlardan başqa bir təbib tanıyıram.” Zövcəm dedi: “Kimdir?” Dedim: “Həzrət imam Hüseyn!” Zövcəmdən xahiş etdim ki, səfərə hazırlıq görsün və bu barədə kimsəyə bir söz deməsin. Çünki Allah mənim xeyrimi iflic qalmağımda görsəydi və şəfa tapmasaydım, zəif imanlı insanlar ümidsizləşə bilərdilər. Hətta məni məsxərəyə qoyanlar da tapılardı, Soruşanlara İsrailə müalicəyə getdiyimi söylədim.

Ziyarətə yola düşdüm. Öncə Kərbəlada oldum. Təsadüfdən səfərimiz rəcəb ayına düşmüşdü. Bütün rəcəb ayını Kərbəlada qaldım. Hələ ki, vəziyyətimdə dəyişiklik yox idi. Zövcəmə dedim: “Pərişan olma, ümidini üzmə. Əhli-beyt (ə) bizi sevdiyindən və daha çox raz-niyaz etməyimiz üçün duamızın qəbulunu tə’xirə sala bilər.” Rəcəb ayı başa çatdı, şəban ayından iki üç gün keçmiş Nəcəfə, Əmirəl-mö’mininin (ə) ziyarətinə yola düşdük. Zövcəmin təklifi ilə əvvəlcə Hilləyə, sonra Samirraya, daha sonra Kazimeynə getdik. Artıq qərara gəlmişdim ki, vətənə döndükdən sonra məni yoxlamağa gələnlərə dərdimin çarəsiz olduğunu söyləyim. Hillədə Həzrət Seyyid Məhəmmədi ziyarət etdikdən sonra Kazimeynə yola düşdük. Avtobusda sürücünün arxasındakı oturacaqda əyləşmişdim. Zövcəm də arxa tərəfimdə oturmuşdu. Sürücünün yanındakı oturacaq boş idi. Avtobus hərəkətə başladı. Gün batana yaxın kimsəsiz bir biyabandan keçərkən yol kənarında dayanmış şəxs avtobusa əl qaldırdı. Sürücü ixtiyarsız olaraq avtobusu saxladı. Əzəmətli və ədəbli gənc bir ərəb avtobusa qalxdı. Sürücünün yanındakı oturacaqda əyləşdi. Dərhal Qur’an oxumağa başladı. Onun tilavəti insanı heyran qoyurdu. Düşündüm ki, Pərvərdigara, görən bu gənc ərəb kimdir? Qur’an qiraətindən sonra sürücüyə üz tutub buyurdu: “Bu il Xorasana imam Rizanın (ə) ziyarətinə gedəcəksənmi?” Sürücü dedi: “Bəli, uzun illərdir bu arzudayam.” Gənc ərəb əlini cibinə salıb bir miqdar pul çıxardı. Sürücüyə buyurdu: “Bu pulu nişanələrini söyləyəcəyim şəxsə verərsən və deyərsən ki, bundan artıq istəməyib!” Sonra Həmin şəxsin nişanələrini söylədi. Üzünü mənə tutub səlis fars dilində buyurdu: “Hüseyni ağa, halın necədir?” Dedim: “İflic olmuşam, gücüm çatan qədər çalışdım, amma səmərəsi olmadı.” Azca qalxıb əlini başıma çəkdi. Sonra əyləşib buyurdu: “Bir xəstəlik görmürəm.” Sonra kimsəsiz biyabanda gecənin qaranlığına baxmayaraq sürücüyə dedi: “Dayan, mən düşürəm.” Sürücü dedi: “Ağa, burada yaşayış yoxdur, nə üçün düşürsünüz? Ərəb dedi: “Buradaca saxla!” Sürücü avtobusu saxladı. Qeyri-adi müsafir avtobusdan düşdü. Sürücü ona hörmət göstərərək ardınca getdi, mən də ixtiyarsız ayağa qalxdım. Ətrafdakıların mənə heyrətlə tamaşa etdiyini gördüm. Sanki yuxudan oyandım. Tam sağalmışdım! Yalnız bunu deyə bildim: “Ya Sahibəzzəman (ə)! Ya Sahibəzzaman!

Gizli lütf satır can əvəzinə,

Bir can üçün əta edəsi hər nə

Can yerinə verir isti bir qucaq,

İnan qazancın var, yubanma nahaq

Verdiyinə görə istər dünyanı,

Bir anlıq da olsa dəyiş hicranı.

Bu eşqin məstliyi tamam başqadır,

Bu məstliyin sonu özgə eşqədir.

Qorxma ki yandırar, dad eşq odundan,

Yubanma dostum, keç zahid adından.

Dəyməzmi ki, zahid verib bir tükün,

Əvəzində ala sevgili mülkün.

Axtarma bu eşqin dadın damağla,

Aşkar duzqabıda şəkər soraqla.

Ver canı bir anlıq vüsal əvəzi,

O bir anlıq vüsal hər kəsin bəsi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]