Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

7.Məhəbbət və məhbubun hüzuru

Qarşıda bizi gözləyən ağır çətinliklərdən biri hər şey və hər kəsdən ayrılıq məqamı, yə’ni ölüm anıdır. Ölüm mələyinin insanın yatağına yaxınlaşması ilə gerçəkləşən bu məqamda insan qürbətin acılığını tam mə’nasında hiss edir. Amma Əhli-beyt (ə) aşiqləri üçün ölüm məqamı qürbət yox, öz mövlaları ilə görüş anıdır. Əhli-beyt (ə) aşiqi ölüm məqamında vəsfə gəlməz bir şadlıq duyur.

“Kafi” kitabında nəql olunur ki, imam Sadiqdən (ə) mö’minin ölüm məqamı haqqında soruşulduqda buyurdu: “Ölüm mələyi ruhu çıxarmaq üçün gələndə mö’min dözümsüzlük göstərir. Ölüm mələyi deyər: “Ey Allahın dostu! Səbr et. And olsun Məhəmmədi peyğəmbərliyə seçənə, mən sənə başının üstünə gəlmiş atadan daha mehribanam. İki gözünü aç və gör ki, Peyğəmbər (s), Əmirəl-mö’minin (ə), Fatimə, Həsən və Hüseyn, o biri imamlar sənin yanındadır.” Mö’minə deyilər: “Bunlar sənin dostların olan Peyğəmbər (s), Əmirəl-mö’minin (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə), o biri imamlardır.” Mö’min gözünü açıb tamaşa edər...”690

Ölüm məqamında imam Hüseynin (ə) hüzuru

Müqəddəs Qum şəhərində İslam elmləri və Əhli-beyt (ə) maarifi ilə məşğul olduğum vaxtlar arabir Tehrana ata-anamı görməyə gedirdim. Həmin səfərlərdən birində şəhid, mücahid Nəvvab Səfəvi ilə tanış oldum. Onun vasitəsi ilə Allah övliyalarından, müxlis bəndələrdən olan bir sıra insanlarla görüşdüm. Gənc yaşlarımda belə insanlarla tanışlığım böyük mə’nəvi bərəkətlərə səbəb oldu. Onlarla görüşlər mənim tərbiyəmdə, mə’nəvi təkamülümdə çox tə’sirli oldu. Onlar kamil, mö’min, alim, Əhli-beyt (ə) aşiqi, ali-Məhəmməd müsibətlərinə göz yaşı axıdan insanlar idi. Onlardan biri kəramət sahibi olan Hacı Qulaməli Qəndi idi. Bir gün məni evinə də’vət etdi. Otağını göstərib dedi: “Bu otağı uzun müddət misilsiz hal əhli Nizam Rəştinin ixtiyarına vermişdim. O zövcəsinin ölümündən sonra yeganə qızı ilə bu otaqda yaşayırdı. Nizam minbərə gedib Əhli-beyt (ə) müsibətindən danışanda hamıdan çox ağlayırdı. Ömrünün son günü bu otaqda dəstəmaz aldı və qızını yanına çağırıb dedi: “Qızım, yanımda əyləş, əlini əlimə ver. Əlini sıxanda məni dərhal qaldır. Çünki vəfalı ağam imam Hüseyn (ə) yanıma gəlir. Mən onun qarşısında ədəbli olmaq istəyirəm!” Qızı deyir: “Atamın yanında əyləşib əlini əlimə almışdım. Əlimi sıxanda dərhal onu qaldırdım. O həddən artıq ədəblə dedi: “Gəldi: “Əssəlamu ələykə ya əba Əbdillah”! Sonra rahatlıqla can verib dünyasını dəyişdi...”

İmam Rizanın (ə) rəbbani alimlə görüşü

İnsan üçün ən ağrılı məqamlardan biri də qəbir evindədir. Qəbir evi qürbət, dəhşət, zülmət evidir. Amma Əhli-beyt (ə) aşiqləri üçün qəbir evi ilahi nurla işıqlanmış bərzəxdir.

Əhli-beytin (ə) iştirakı ilə qəbr evi nura boyanar. Mərhum Hacı Şeyx Mürtəza Hairi Əhli-beytə (ə) fövqəladə eşqə malik hövzə alimlərindən idi. İmkanı olan kimi isti-soyuq bilməz, avtobusa əyləşib imam Rizanın ziyarətinə gedərdi. Dünyasını dəyişdikdən sonra onu yaxınlarından biri yuxuda görür. Ağadan əhvalını soruşduqda o buyurur: “Yetmiş beş dəfə Qumdan Məşhədə imam Rizanın (ə) ziyarətinə getdim, həzrət də öz növbəsində yetmiş beş dəfə görüşümə gəldi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]