Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Ağır sınaq

Rəvayətdə nəql olunur: “Bir gün həzrət Peyğəmbər (s) yolda ənsardan bir kişi ilə rastlaşdı. Həmin şəxs dedi: “Atam-anam sənə qurban, ey Allahın rəsulu! Sənin çöhrəndəki halsızlıq məni narahat edir. Nə baş verib?” Həzrət buyurdu: “Acıq!” Həzrətin cavabı kişini üzdü. O tələsik evə gedib həzrətə bir şey gətirmək istəsə də heç nə tapmadı. Yubanmadan özünü Bəni-qürəyzəyə çatdırdı. Onlar üçün quyudan çəkəcəyi hər qab su müqabilində bir xurma almaqla razılaşdı. İşini görüb xurmaları aldı və özünü peyğəmbərə çatdırdı. Gördü həzrət Peyğəmbər (s) əvvəlki yerindəcə əyləşib. Ədəb və ehtiramla xurmaları həzrətə təqdim etdi. Həzrət “bu xurmaları haradan gətirdin” soruşdu. Ənsardan olan şəxs əhvalatı nəql etdi. Həzrət buyurdu: “Düşünürəm ki, sən Allah və Onun rəsulunu sevirsən.” Kişi dedi: “Bəli, and olsun səni haqq olaraq seçənə, mən səni özümdən, ailə-övladım, var-dövlətimdən çox sevirəm.”

Dinim fəda oldu sevda yoluna,

Qul tək səcdə qıldım gül camalına.

Od olub yandırdın başdan ayağa,

Əbəsmiş ağlamaq qeylü-qalına.

Yanıb insan oldum eşq məhəlində,

Eşqin zinət verdi ruhun halına.

Qanadsızamsa da lütfünlə sənin

Yüksəldim sevginin son kamalına.

Ey qəlblər odunda qovrulan istək,

Əzəldən düşmədim özgə dalına.

And ola zülfünə bu aşiq vücud

Özgədən üzülüb dönüb quluna.

Həzrət Peyğəmbər (s) ənsardan olan bir kişiyə xitabən buyurdu: “Yoxsulluğa hazır ol, dözümünü yoxla, bəla üçün libas əldə et. And olsun Allaha, məni haqq olaraq göndərən Rəbbim məni sevənə doğru dağdan enən seldən sür’ətlə yoxsulluq və bəla göndərəcək!”683

Əmirəl-mö’minin (ə) buyurur: “Bizi sevən kəs çeşidli bəla və çətinliklərə hazır olsun.”684

İmam Məhəmməd Baqirin (ə) Məhəmməd ibn Müslümlə görüşü

Məhəmməd ibn Müslüm imam Baqirin (ə) ən yaxın adamlarından idi. O deyir: Çox ağır vəziyyətdə olsam da, özümü bir təhər Mədinəyə çatdırdım. İmam Baqir (ə) mənim gəlişim və xəstəliyim haqda xəbər tutub şərbət düzəltmiş və həmin şərbəti xidmətçisi ilə mənə göndərmişdi. Xidmətçi yanıma gəlib dedi: “Bu şərbəti iç. Həzrət göstəriş verib ki, sən içməyincə geri qayıtmayım.” Mən müşk ətri verən şərbəti içdim. Xidmətçi dedi: “Həzrət buyurur ki, şərbəti içdikdən sonra onun yanına gələsən. “Şərbəti içməzdən öncə durmağa halım olmadığı halda, onu içdikdən sonra sanki ayağımdan buxov açıldı. Ayağa qalxıb həzrətin evinə üz tutdum. Hüzuruna daxil olmaq üçün icazə istədim. Həzrət uca səslə buyurdu: “Salamat olasan, daxil ol!” Mən ağlaya-ağlaya həzrətin hüzuruna daxil oldum. Salam verib əlindən öpdüm. Həzrət buyurdu: “Məhəmməd! Nə üçün ağlayırsan?” Dedim: “Sənə fəda olum, qəribliyim, axirət səfərinin uzunluğu, yoxsulluq və sizinlə görüşə gələ bilmədiyim üçün.” Həzrət buyurdu: “Yoxsulluqdan danışırsan. Allah bizim dostlarımızı belə görmək istəyib. Dostlarımızın bəla və çətinlikdə olması onun istəyidir. Qəriblikdən danışırsan. Bizdən uzaqda, Fərat kənarında qalmış Hüseyni özünə nümunə seç. Axirət səfərinin uzaqlığına gəldikdə, bil ki, mö’min şəxs Allahın mərhəmətinə qovuşanadək insanlar arasında qürbətdədir. Dedin ki, bizə yaxın olmaq istədiyin halda görüşümüzə gələ bilmirsən. Bil ki, Allah qəlbindəkilərdən xəbərdardır və buna görə sənə mükafat verəcək.”685

5. İki tərəfli eşq

Əhli-beytə məhəbbətin öz səciyyəsi var. Belə ki, insanın onlara məhəbbətinə qarşılıqlı məhəbbətlə cavab verilir. Hətta bu məhəbbətin başqa tə’siri olmasa da, onların dostluğunu qazanmaq bəs edər. Bundan da böyük sərmayə ola bilərmi?! Belə bir məqamda demək lazım gəlir ki, Əhli-beytə (ə) məhəbbət misilsiz bir həqiqətdir. Bu məhəbbəti heç nə ilə əvəz etmək olmaz. Əhli-beytə (ə) məhəbbətdən savayı heç nə insana onların məhəbbətini qazandıra bilməz. Belə bir eşqə görə şükr etmək lazımdır.

Qəlbləri bürüdü eşqin qovğası,

Açıldı önümdə sevgi dəryası.

Könül mə’şuq deyib çıxdı səfərə,

Canım qurban oldu o bir nəfərə.

Dünyadan, dostlardan çəkdim gözümü,

Hər nəyi itirib tapdım özümü.

Əgər yaxşı baxsan könül mülkünə,

Eşqdən savayı axı de var nə?

Könlüm ol mə’şuqun önündə ayna,

Vallahi, billahi sirdir bu dünya.

Ol eşq dünyasının işığı altda

Başqa hər nə varsa aşağı qatda.

Bu yolda bəlanın öz səfası var.

Aşiqə vüsaldan şirin intizar.

Bir gün atamla həzrət Peyğəmbərin (s) hərəminə daxil oldum. Atam məsciddəki dəstə-dəstə adamları görsə də, onlara e’tinasızlıq göstərdi. Amma bir dəstənin başı üzərində dayanıb buyurdu: “And olsun Allaha, mən sizin qoxunuzu, ruhunuzu sevirəm.” Bəli, bu dəstə şiələr idi!”686

Əhli-beyt (ə) öz aşiqlərini hədsiz sevdiyindən bu aşiqlərə e’tinasızlıq göstərənlər Əhli-beytin (ə) e’tinasızlığı ilə qarşılaşır. İmam Sadiq (ə) ətrafında cəmlənmiş insanlar arasında buyurdu: “Nə üçün bizə yüngül yanaşırsınız?” Xorasanlı bir kişi dedi: “Belə bir işdən Allaha pənah aparıram.” İmam buyurdu: “Sən də bizi yüngül sayanlardansan. Yadındadırmı, bizim şiəmiz səndən onu miniyinə götürməyi istədi, amma məhəl qoymadın. And olsun Allaha, bu səbəbdən də başı ucalıq qazanmadın. Şübhəsiz, mö’minə yüngül yanaşan bizə yüngül yanaşmış və Allah-təalanın hörmətini gözləməmişdir.”687

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]