Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

4. İman və əməlin qəbulu

Əhli-beyt (ə) sevgisi iman və əməllərin qəbul göstəricisidir. Peyğəmbər (s) buyurur: “Rəbbim mənimlə peyman bağladı ki, bəndələrin imanını yalnız Əhli-beyt (ə) sevgisi ilə qəbul edəcək.”671

Əmirəl-mö’minin (ə) buyurur: “İslam peyğəmbəri mənimlə şərt kəsdi ki, bizi yalnız mö’minlər sevər, yalnız münafiqlər düşmən bilər.”672

Həzrət digər bir məqamda buyurur: “Əlimdəki qılıncı mənə düşmən olsun deyə, mö’minin burnuna çalsam mənə düşmən olmaz. Əgər bütün dünyanı mənə dost olsun deyə münafiqin ayağı altına töksəm mənə dost olmaz. Çünki peyğəmbərin dilindən belə bir ilahi fərman bəyan olunub: “Ya Əli! Səninlə heç bir mö’min düşmən olmaz, heç bir münafiq dostluq etməz.”673

Əhli-beyt (ə) məhəbbətinin şərtləri və tə’sirləri

Əhli-beyt (ə) məhəbbətinin şərtləri var və bu məhəbbət dildə izharla başa çatmır. Yalnız uyğun şərtlər ödəndikdə Əhli-beyt (ə) sevgisinin xüsusi tə’sirləri olur. Əhli-beyt (ə) məhəbbətinin tə’sirlərinin şərtləri və tə’sirləri ilə tanış olaq:

1. Göstərişlərə əməl

Əhli-Beyt (ə) eşqinin şərtlərindən biri budur ki, aşiq Allah yolunda daim təlaşdadır. O daim Əhli-beytin (ə) əməl və rəftarlarını izləyir və öz həyatında şüara çevirir. Rəvayətlərdə oxuyuruq: “Bizi sevən kəs bizim gördüyümüz işi görməlidir.”674

İmam Sadiq (ə) buyurur: “Yalnız qarın və şəhvətini haramdan qoruyanlar Cə’fəri şiəsidir. Belə bir şəxs Rəbbi üçün çalışmalı, onun mükafatına ümid etməli və əzabından qorxmalıdır...”675

İmam Baqir (ə) dəyərli bir rəvayətdə Cabir Cövhiyə buyurur: “Ey Cabir! Bir şəxs şiəliyi qəbul edib Əhli-beyti (ə) sevdiyini bildirsə bəs edərmi? İmam buyurdu: “And olsun Allaha, yalnız Allaha xatir bütün günahlardan çəkinən, həzrət Haqqa itaət edənlər bizim şiələrimizdir. Ey Cabir! Şiələr bizi yalnız bu nişanələrlə tanıyar: təvazö, xüşu, əmanətdarlıq, Allah zikri, oruc və namaz, ata-anaya yaxşılıq, yoxsul qonşulara yardım, zərərə düşənlərə və yetimlərə kömək, düz danışıq, Qur’an tilavəti, dili qoruyub yalnız yaxşı sözlər danışmaq. Bizim şiələrimiz bütün işlərdə öz qəbilələrinin əminləridirlər.” Cabir deyir: İmam Məhəmməd Baqirə (ə) dedim: “Ey peyğəmbər övladı! Biz bu xüsusiyyətlərə malik birini tanımırıq.” Həzrət buyurdu: “Ey Cabir! Təxəyyüllər səni azdırmasın. Bir şəxsin “Əlini (ə) sevirəm” deyib, Allah yolunda çalışması bəs edər. Əgər söyləsə ki, peyğəmbəri sevirəm, amma onun yolunu getməsə, sevgisinin heç bir faydası yoxdur. Ey şiələr! Allahdan qorxun, Onun kitabına əməl edin. Allahla bir kəs arasında qohumluq yoxdur. Allah üçün ən yaxşı bəndə ən təqvalı və ən abid kəsdir. Ey Cabir! And olsun Allaha, Allaha yalnız itaətlə yaxınlaşmaq olar. Bizdə cəhənnəm odundan qurtuluş qəbzi yoxdur. Allah qarşısında kimsənin üzrü olmaz. Allaha müti olan bizim dostumuzdur. Allaha qarşı çıxan bizim düşmənimizdir. Bizim vilayətimizə çatmaq üçün yeganə yol əməl və paklıqdır.”676

2. Təvəlla

Aşiqlərin imamı, ariflərin qəlb nuru, təqvalılar ağası Əmirəl-mö’minin (ə) buyurur: “Bizim dostumuzu dost bilən düşmənimiz deyil, dostumuza düşmən olan dostumuz deyil.”677

İmam Sadiq (ə) buyurur: “Bizi sevəni sevən, heç şübhəsiz, bizi sevir.”678

3. Təbərra

Əhli-beyt (ə) eşqinin digər bir şərti onların düşmənlərini düşmən bilməkdir. Həzrət Əli (ə) buyurur: “Bir şəxs bizə münasibətini bilmək istəsə qəlbini sınağa çəksin. Əgər xalqı bizə qarşı qaldıranı sevirsə, bilsin ki, Allah, Cəbrail və Mikail onun düşmənləridir. Allah kafirlərə düşməndir.”679

Həzrət başqa bir məqamda buyurur: “Əgər bir şəxs bizi sevdiyi halda düşmənlərimizi sevərsə, belə biri heç şübhəsiz, bizdən deyil...”680

4. Bəla və müsibət

İnsanın tərbiyəsində bəla və müsibət qədər tə’sirli ikinci bir şey yoxdur. Müəyyən ərzaqların xarab olmaması üçün onları soyuqda saxlayırlar. İnsan da müəyyən çətinliklərdən keçməklə tərbiyə olunur. Bu səbəbdən də Allah öz dostlarını yoxsulluq, qorxu, aclıq, övlad dağı və bu kimi başqa bəlalarla tərbiyələndirib onun behiştə yolunu hamarlayıb.

Allahın rəsulu yoxsulluqdan şikayətlənən Əbu Səid Xidriyə buyurur: “Ey Əba Səid! Səbirli ol. Çünki yoxsulluq məni sevənlərə doğru aşağı axan sel kimi sür’ətlə yaxınlaşır.”681

Əbuzər deyəndə ki, mən siz Əhli-beyti (ə) sevirəm, həzrət buyurdu: “Beləsə, yoxsulluq üçün libas hazırla. Çünki yoxsulluq bizi sevənə doğru dağdan enən sel kimi sür’ətlə hərəkət edər.”682

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]