Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beytə (ə) məhəbbət Məhəbbət vasitəsi

Ov müxtəlif yollarla həyata keçir. Ov şir, bəbir, quş, balıq, ceyran və ya pərvanə ola bilər. Şübhəsiz ki, hər bir canlı xüsusi bir vasitə ilə ovlanır. Əks təqdirdə, ovçu öz məqsədinə çata bilməz. Demək, eyni bir vasitə ilə müxtəlif canlıları ovlamaq olmaz. Dünya və axirətdə ilahi lütf və mərhəmətə ehtiyaclı olan bizlər elə bir yol seçməliyik ki, bu yolun sonu Allahın razılığı və behişt olsun. Bu həqiqətlərə çatmaq üçün münasib vasitələr əldə etməliyik. Belə etsək, Allahın lütf və mərhəmətinə, nəhayət behiştə çatarıq. Hər bir ovçu öz ov vasitələrini başqalarından daha yaxşı tanıdığı kimi, Allah da həqiqətə çatmaq vasitələrini hamıdan yaxşı bilir. Qur’an ayələrinə əsasən, həzrət Haqq həqiqətə çatmaq üçün yeganə vasitə olaraq Əhli-beyt (ə) məhəbbətini, onların göstərişinə itaəti tanıtdırır.

Məhəbbətə çatmaq üçün mə’rifətə ehtiyac var. İnsan Əhli-beytlə (ə) tanış olduqda mə’rifət gözü ilə onların gözəlliklərini seyr edir. Bu gözəlliklər onları məhəbbətə sövq edir.

Əhli-beyt məhəbbəti öz hərarəti ilə insanı istənilən bir şəraitdə Mə’şuqun rənginə boyanmağa vadar edir. Əhli-beyt (ə) isə haqla həmrəng olduğundan onlarla həmrənglik haqla həmrəngliyə aparır. Əməl, eşq və itaətlə müşayiət olunan bu yol bizi ilahi lütf və mərhəmətə, behiştə aparır.

MəhƏbbətin müqəddiməsi mə’rifətdir

Belə bir nöqtəyə diqqətli olmalıyıq ki, mə’rifət əldə etmədən eşq fəzasına daxil olmaq mümkünsüzdür. Bu qayda məcazi eşqlərdə də öz gücündədir. Bir şəxs mə’şuqun gözəlliyini görməmiş ona könül vermir.

Şübhəsiz ki, insanın qəlbində eşq alovu şö’lələndikdən sonra o istər-istəməz mə’şuqun istəklərinə təslim olur. Beləcə tədricən aşiq mə’şuqun rənginə boyanır. Hətta aşiq mə’şuqun kölgəsinə çevrilir. Hədisdə oxuyuruq: “Salman biz Əhli-beytdəndir (ə).662

Həzrət Peyğəmbərin (s) uyğun buyuruğu deyilənlərə ən yetərli dəlildir.

Məhəbbət risalət muzdudur

Əhli-beytə (ə) məhəbbət İslam peyğəmbərinin (s) risaləti müqabilində muzd tə’yin olunmuşdur. Allah-təala buyurur: “De ki, sizdən (risalətim müqabilində) Əhli-beytimə məhəbbətdən savayı əvəz istəmirəm.”663

Ayədəki “qurba” sözü şiə və sünni rəvayətlərinə əsasən Əhli-beytə (ə) işarədir. “Məvəddət” dedikdə itaətlə müşayiət olunan məhəbbət nəzərdə tutulur.

Maraqlıdır ki, risalət müqabilində namaz və oruc, həcc və cihad, xüms və zəkat muzd kimi nəzərdə tutulmur. Yalnız Əhli-beyt (ə) məhəbbəti qeyd olunur. Mə’lum olur ki, Əhli-beytə məhəbbət, onların göstərişlərinə tabeçilik bütün başqa həqiqətlərin fövqündədir. Belə bir məhəbbət olmayan yerdə hansısa fəzilətdən danışmağa dəyməz. Məhəbbətlə müşayiət olunmayan əməl qəbul dərəcəsinə çatası deyil!

Əhli-beytə (ə) məhəbbət haqqında rəvayətlər

Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: Hər bir şey üçün əsas var. İslamın əsası Biz Əhli-beytə məhəbbətdir.”664

Əmirəl-mö’minin (ə) buyurur: “Peyğəmbərdən belə buyurduğunu eşitdim: “Mən adəm övladlarının ağasıyam. Ey Əli sən və səndən sonrakı imamlar mənim ümmətimin ağalarısınız. Bizi sevən Allahı sevir, bizi düşmən bilən Allahı düşmən bilir. Bizə tabe olan Allaha tabe olub, bizə qarşı çıxan Allaha qarşı çıxıb.”665

Əhli-beytə (ə) məhəbbətin nişanələri

1. Allahın insana məhəbbəti

Əhli-beyt (ə) məhəbbəti Allahın pak və ləyaqətli insanların qəlbinə hədiyyəsidir. İmam Baqir (ə) buyurur: “Bilirəm ki, bizə sevginizin səbəbi özünüzün vücuda gətirəcəyiniz bir şey deyil. Bu məhəbbət Allahın yaratdığı bir gerçəklikdir.”666

İmam Sadiq (ə) buyurur: “Bizə məhəbbəti Allah qızıl və gümüş xəzinələri tək ərşin altındakı xəzinələrdən endirir. O yalnız həddində nazil olur. Təkcə ən yaxşı bəndələrə əta edilir. Bu eşq yağmurlu bulud kimidir. Allah istədiyi vaxt ona əmr edir, o da eşq yağışı yağdırır. Belə bir eşq ana bətnində körpəyə də çatır.”667

Əhli-beyt (ə) məhəbbəti Allahın hədiyyəsi olduğundan və hədiyyə yalnız dostlara əta edildiyindən belə bir məhəbbət Allahın insana məhəbbət nişanəsidir.

2. Pak doğuş

Bə’zi rəvayətlərə əsasən Əhli-beyt (ə) məhəbbəti pak doğuş göstəricisidir. Əmirəl-mö’minin (ə) buyurur ki, Peyğəmbər (s) Əbuzərə belə bəyan etdi: “Ey Əbuzər! Hər kəs biz Əhli-beyti (ə) sevsə, Allaha ən ilkin ne’mətinə görə şükür etməlidir.” Əbuzər dedi: “Ey Allahın rəsulu! İlkin ne’mət hansıdır?” Həzrət buyurdu: “Pak doğuş. Bizi yalnız pak doğulanlar sevər.”668

İmam Baqir (ə) buyurur: “Hər kəs sübh oyanıb qəlbində bizə eşq sərinliyini duysa, Allaha ilkin ne’mətinə görə təşəkkür etməlidir.” İlkin ne’mət haqqında soruşulduqda həzrət buyurdu: “Pak doğuş.”669

3. Pak qəlb

Əhli-beyt məhəbbəti, peyğəmbər ailəsinə sevgi pak qəlb göstəricisidir. İmam Sadiq (ə) buyurur: “And olsun Allaha... Yalnız Allah tərəfindən qəlbi pak edilənlər bizi dost bilər. (Paklanan qəlb Əhli-beyt sevgisinə hazır olar)”670

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]