Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beytin (ə) həqiqi şiəsi

Əhli-beyt (ə) çoxsaylı rəvayətlərdə öz həqiqi ardıcıllarının səciyyələrini sadalayır. Onlar bu sifətlərlə zinətlənən, var qüvvəsi ilə insani sifətlərə yiyələnməyə çalışan, çirkin sifətlərdən uzaqlaşan şəxsləri öz həqiqi şiələri sayırlar.

Cabir Cövhidən nəql olunmuş dəyərli bir hədisdə imam Məhəmməd Baqir (ə) buyurur: “Ey Cabir! Şiəlik iddiasında olanın bizə məhəbbətdən dən vurması bəs edirmi?! And olsun Allaha! Yalnız Allahdan qorxan və Ona itaət edənlər bizim şiəmizdir. Ey Cabir! Bizim şiələrimiz yalnız təvazö, sadəlik, əmanətdarlıq, Allahın çox zikri, oruc və namaz, ata-anaya yaxşılıq, yoxsul qonşulara yardım, borclulara və yetimlərə diqqət, doğruçuluq, Qur’an tilavəti, insanların yaxşılığına danışıq, dostlar və yaxınlara xoş münasibətlə tanınır.” Soruşdum ki, ey peyğəmbər övladı, axı bu gün kimsədə bu sifətləri görmürük? Həzrət buyurdu: “Məgər bir şəxsin mən Əlini sevirəm, onu özümə imam bilirəm deyib, axirət üçün çalışmaması bəs edərmi?” Sonra həzrət əlavə etdi: “Ey Cabir! And olsun Allaha! Yalnız itaətlə Allaha yaxın məqama çata bilərsən. Bizdə cəhənnəmdən qurtuluş vəsiqəsi yoxdur. Kimsənin Allah qarşısında günaha görə üzrü olmaz. Kim Allaha mütidirsə, o da bizim dostumuzdur. Allaha qarşı üsyan qaldıran bizim düşmənimizdir. Bizim vilayətimiz və bizimlə dostluq yalnız pak əməllə əldə olunur.”655

İmam Məhəmməd Baqir (ə) Xozeyrə buyurdu: “Bizim tərəfimizdən dostlarımıza salam çatdır və de ki, biz Allahın əzabını kimsədən uzaqlaşdıra bilmərik. Yalnız paklıqla əzabdan uzaqlaşmaq olar. Dilinizi hifz edin, əlinizi günahdan qoruyun. Səbir və namazı yaddan çıxarmayın. Allah səbirlilərlədir.”656

İmam Sadiq (ə) buyurur: “Ey şiə cəmiyyəti! Bizə zinət olun, bizə pislik gətirməyin. İnsanlarla yaxşı danışın, dininizi qoruyun, çox və pis danışıqdan çəkinin.”657

Başqa bir məqamda həzrət buyurur: “Ey Cündəb oğlu! Şiələrə xəbərdarlıq et və de ki, məbada çeşidli yollar və çoxsaylı məktəblər sizi yoldan azdırsın! And olsun Allaha, yalnız pəhrizkarlıq, dünyada ciddi sə’y, din qardaşları ilə həmdərdlik vasitəsi ilə bizim vilayətimizə yetişmək olar. Xalqa zülüm edən bizim şiəmiz deyil.658

Əhli-beytdən (ə) nəql olunur: Günah və çirkin işlərə yol vermək bizim düşmənlərimizin əxlaqındandır. Bizim şiələrimiz bu işlərdən çəkinirlər. Bizim şiəmiz nə sələmçi, nə qəsbkar, nə zinakar, nə oğru, nə xain, nə əhdə vafasız, nə zalım, nə haqq tapdayan, nə ailə-övladı incidən, nə qəlb sındıran, nə də böhtan atandır.

Əhli-beyt (ə) öz yaxın və həqiqi şiələrinə varlıq aləmini yaradan Allaha e’tiqadı, haqların ödənməsini, Qur’an göstərişlərinə əməli, Allah rəsuluna iqtidanı, peyğəmbər canişinlərinə itaəti, günah və çirkin işlərdən uzaqlığı öyrətmişdir.

İmam Riza (ə) Əbdül Əzim Həsəniyə buyurur: “Mənim tərəfimdən dostlarıma salam çatdır və de ki, şeytana yol verməsinlər. Onlara doğruçuluğu və əmanətdarlığı tövsiyə et. Onları susmağa də’vət et, boş danışıqdan çəkindir. Bir-birlərinə üz tutsunlar, bir-birləri ilə görüşsünlər. Çünki bütün bu işlər mənə yaxınlıqla sonuclanar. Məbada parçalanmağa məşğul olalar. And olsun Allaha, belə edib dostları qəzəbləndirənlər üçün Allahdan ən ağır dünya əzabı, ən böyük axirət zərəri istəyərəm!”659

Bəli, Əhli-beytin (ə) tövsiyələrini qəbul etməyib, onlara əməldən çəkinənlər ziyankarlardır. Onlar daim təkəbbür göstərir və nəfs istəklərinə uyurlar.

Əhli-beyt (ə) daim öz şiələrini günah, zülm-sitəmdən çəkindirmiş və buyurmuşlar: “Aman günaha batanın əlindən! Çünki hər kəs günaha batsa özünə pislikdə həddi aşmışdır.”660 İstənilən bir zərər-ziyandan qurtuluş yolu yalnız və yalnız Əhli-beytə (ə) itaətdir. İtaətin sonu Allahın razılığı və Əhli-beytin (ə) şəfaəti, dünya və axirət xoşbəxtliyidir. Allahın razılığı və şəfaətinə digər bir yolla çatmaq mümkünsüzdür.

İmam Sadiq (ə) öz şiələrinə məktubunda mühüm bir tövsiyə verir: “Bilin ki, Allahın yaratdıqlarından nə bir yaxın mələk, nə seçilmiş peyğəmbər, nə bir başqası Allahın əzabından bir zərrəsini sizdən uzaqlaşdıra bilməz. Şəfaətçilərin şəfaətinə layiq olmaq istəyən hər kəs Allahın razılığını diləsin. Bilin ki, Allahın yaratdıqlarından istənilən biri yalnız ona itaət vasitəsi ilə razılıq əldə etmişdir. Allahın rəsuluna, əmr sahiblərinə itaət Allaha itaətdir. Onlara itaətsizliyi Allaha itaətsizlik bilin. Onların kiçikli-böyüklü fəzilətini inkar etməyin.”661

“Kafi”, “Əl-xisal”, “Tohəful-uqul”, “Vəsailuş-şiə” (11-ci cild), “Məcmuəti Vərram” kimi kitablarda Əhli-beytin (ə) e’tiqadi, əxlaqi və əməli tövsiyələri ilə daha geniş şəkildə tanış ola bilərsiniz.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]