Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
1
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Axirətdə korluq!

“İsra” surəsinin 72-ci ayəsində oxuyuruq: “Bu dünyada kor olan, axirətdə qəlbikor və azğındır.” Əgər ayənin zahiri mə’nası ilə kifayətlənsək, belə bir qənaətə gəlməliyik ki, bu dünyada gözü kor olan insan axirətdə də kor olacaq. Amma peyğəmbərlər və imamlar tərəfindən böyük ehtiramla qarşılanmış kor insanlar olmuşdur. Əgər ayədə zahiri korluq nəzərdə tutulardısa, belələri iman və saleh əməllərinə baxmayaraq Qiyamətdə məhrum qalası idilər. Hansı ki, Qur’anda buyurulur: “Orada (behiştdə) qəlblərin arzuladığı, gözlərin ləzzət aldığı hər nə hazırdır...”629

Bəli, dünyada fiziki korluğun axirətdə korluqla sonunclanması Qur’ana müxalifdir. Demək, Əhli-beytdən nəql olunmuş mə’naya, yə’ni qəlbin korluğu mə’nasına əsaslanmalıyıq.

“Əl” tə’birinin “elmdə sabitqədəmlər” mə’nası

Görürük ki, mütəşabeh ayələr təfsirə ehtiyaclıdır. Yə’ni bu ayələri zahiri mə’nasına görə dəyərləndirmək olmaz. Bu qəbil ayələrin izahı elmdə sabitqədəmlərin işidir. Qur’anda oxuyuruq: “Onların həqiqi təfsiri yalnız Allaha və elmdə sabitqədəmlərə mə’lumdur...”630

Elmdə sabitqədəmlər dedikdə gerçək elmə varanlar, dəyişməz elmə sahib olanlar nəzərdə tutulur. Belə bir elmi Allah peyğəmbərlərin və imamların qəlbinə nazil etmişdir. İmam Sadiq (ə) buyurur: “Elmdə sabitqədəmlər bizik və biz Qur’anın açılışından agahıq.”631

Bəli, dəyişməz elm peyğəmbərlərin və imamların elmidir və bu elm bütün alimlərin elmindən fərqlənir. Peyğəmbərin və imamların elmi ilahi, qeybi elm olduğundan Qiyamətədək sabitdir. Bu elm onların qəlbinin gerçəyi müşahidəsinə əsaslanır. Şübhəsiz, bu qəbil qəlblər həqiqətlərin müşahidəsində, zahiri və batini sirlərin açılışında xətaya uğramır.

Qəlb gözünün müşahidəsi

Əhli-beyt məktəbində tərbiyə almış və yüksək ixlas, təqvadan bəhrələnən bə’zi övliyalar ilahi süfrədən bəhrələnib qəlb gözləri ilə ilahi lütf sayəsində həqiqətlərdən müşahidə etmişlər.

“Əl-Qur’an vəl-əql” kitabının müəllifi mərhum Ayətullah-üzma Hacı Nurəddin Əraqinin bioqrafiyasında deyilir: “Ondan bir şəxsin ölümü haqqında soruşdular. O buyurdu: “Hələ ki, sağdır.” Həmin şəxsin öldüyünü tə’kid etsələr də, o qəbul etmədi. Soruşdular ki, haradan bilirsən? Buyurdu: “Çünki Bərzəxdən səsini eşitmirəm.” Sonradan mə’lum oldu ki, həqiqətən də haqqında danışılan şəxs sağdır!

Heç şübhəsiz, imanlı və təqvalı qəlbin müşahidə etdiyi bilik xətadan uzaqdır və dəyişikliyə uğramır. Bəli, Qur’an ayələrinin həqiqi mə’nasına yiyələnmək istəyənlər elmdə sabitqədəm olan peyğəmbər əhlinin buyuruqlarına müraciət etməlidir.

Əhli-beytin (ə) dünya və axirət sə’yləri

Əhli-beyt (ə) öz həyatının istənilən bir yönümündə dünya və axirət üçün son həddə çalışmışdır. Onlar bir an olsun belə bu fəaliyyətlərindən yorulmamışlar. İmam Sadiq (ə) buyurur: “Öz ehtiyaclarınızın tə’minində süstlük göstərməyin! Atalarımız dolanışıq üçün çalışmış və bu yönümdə axtarış aparmışlar.”632

Əmirəl-mö’minin (ə) buyurur: “Mədinədə olduğum günlərin birində çox acmışdım. İş ardınca Mədinəni dolaşırdım. Gördüm ki, bir qadın torpaq yığıb onu islatmaq istəyir. Onunla danışıb razılaşdım ki, hər bir qab suya görə ondan bir xurma alım. On altı qab su gətirdim. Əlimin içi yara olmuşdu. Qadının yanına gəlib dedim: “Bax gör, əllərim nə hala düşüb!” Qadın on altı xurma sayıb mənə verdi: Peyğəmbərin yanına gedib əhvalatı danışdım. Həzrət həvəslə həmin xurmalardan yedi.”633

Abdullah ibn Həsən deyir: “And olsun Allaha, o, əl qabarı və alın təri qazancı ilə sahib olduğu min ailəni Allah yolunda azad etdi.”634

Əbdül-Ə’la deyir: “Olduqca isti yay günlərindən birində imam Sadiqlə (ə) rastlaşdım. Ərz etdim ki, olduqca yüksək məqama malik ikən nə üçün isti bir gündə özünə əziyyət verirsən? Həzrət buyurdu: “Ey Əbdül-Əla! Sənin kimilərə möhtac olmamaq üçün ruzi ardınca çıxmışam.”635

Əli ibn Əbu Həmzə deyir: Həzrət Əbül-Həsəni ayaqlarınadək tərləmiş əkin sahəsində gördüm. Soruşdum ki, işçilərin haradadır? Həzrət buyurdu: “Ey Əli! Məndən və atamdan üstün bir şəxs öz torpağında zəhmət çəkib. Soruşdum ki, həmin şəxs kimdir? Həzrət buyurdu: “Allahın rəsulu, Əmirəl-mö’minin (ə) və ata-babalarımın hər biri özü işləyirdi. Bu iş peyğəmbərlərin, elçilərin, canişinlərin və ləyaqətlilərin işidir.”636

Əhli-beyt (ə) dolanışıq üçün çalışdığı bir vaxtda axirəti yaddan çıxarmamışdır. Dünya əhlindən kimsə ibadətdə onlara tay ola bilməz. Əhli-beyt (ə) xüsusi ilə şiələrə ibadət və təqvada ciddiliyi tövsiyə etmişdir. Onların nəzərinə çatdırılır ki, yalnız ibadət və mə’nəviyyat sayəsində axirəti abadlaşdıra bilərlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]