Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) və Qur’an Əhli-beyt (ə) Qur’an müəllimidir

Şübhəsiz ki, yalnız ərəb lüğətini və qrammatikasını bilməklə Qur’anı anlamaq olmaz. Qur’anı kəlmə-kəlmə dərk etmək mümkün olsaydı, Allah-təala Qur’anda bir neçə dəfə Peyğəmbər (s) və zikr əhlini (şiə və sünni rəvayətlərinə əsasən zikr əhli dedikdə Əhli-beyt (ə) nəzərdə tutulur) Qur’an müəllimləri kimi tanıtdırmazdı.

Qur’anın tə’limi üçün Allah tərəfindən müəllim tə’yin edilməsi göstərir ki, ilahi kitabın ümdə hissəsini adi insanlar özbaşına dərk edə bilməz. Əmirəl-mö’mininin (ə) buyuruğuna əsasən, bu ümdə hissəni halal-haram, vacib və əfzəl, nəsx edən və nəsx olmuş, rüsxət və zərurət, xüsusi və ümumi, şərti və mütləq, möhkəm və mütəşabeh təşkil edir.627

İstənilən bir şəxs alim və ziyalı, arif və filosof olmasına baxmayaraq, ilahi ayələri anlamaq üçün mö’təbər rəvayətlərə müraciət etməlidir. Həzrət Peyğəmər (s) və onun Əhli-beytindən (ə) Qur’an ayələrini açıqlayan hədislər nəql olunmuşdur. Əzəmətli Qur’an okeanında yalnız Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) elm gəmisi ilə hərəkət edib həqiqətlərə çatmaq olar. Əgər başqa yol seçsəniz, Qur’an ayələrini öz düşüncənizə tabe edəcək və nəticədə İslama ciddi zərbə vurmuş olacaqsınız.

Peyğəmbər (s) Qur’an haqqında buyurur: “Onun zahiri gözəl tərtibdə, batini dərindir. Onun saysız qeyri-adilikləri var, heyrətamizliyi köhnəlmir.”628

Bəli, Qur’anın mahiyyətini naqis düşüncə və biliklə dərk etmək olmaz. Axı nə üçün yoldan ötən hər adam Peyğəmbər (s) və Əhli-beyt (ə) tə’limlərinə yiyələnməmiş Qur’an ayələrini naqis şəkildə izah edir?! Ey kaş Qur’an və dini tə’limlərlə də digər elmlər kimi rəftar olunaydı. Axı hansı elmdə qeyri-mütəxəssisə yer var?! Qur’ana eyni münasibət göstərilsə, bəşəriyyət böyük mə’nəvi zərərdən xilas olar.

Qur’an haqqında, onun öz tə’birincə desək, yalnız elmin dərinliyinə varanlar danışa bilər. Belə bir elm isə Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) aiddir.

Qur’anın mütəşabeh ayələri Əhli-beytin (ə) açıqlamaları olmadan mə’nalandırılarsa, insan küfrə və zəlalətə uğrayar. Ayələr yalnız Əhli-beyt (ə) tərəfindən yozulmalıdır. Qur’anın lüğət mə’nası onun həqiqi mə’nasından fərqlidir.

Eləcə də Qur’anın nəsx edən və nəsx olmuş şərti və mütləq, ümumi və xüsusi hökmləri Əhli-beyt (ə) tərəfindən müəyyənləşdirilməlidir. Əks təqdirdə, bəşəriyyət əbədi zəlalətə uğrayasıdır. Belə bir zərəri aradan qaldırmaq mümkünsüzdür.

Xəvaric, Təntavi, Əhməd xan Hindi kimi Əhli-beyt (ə) baxımından rədd olunmuş təfsirçilərin dedikləri yalnız məhdud və şər ağlının məhsuludur.

“Allah əhli” ifadəsinin mə’nası

Əgər Əhli beytin (ə) buyuruqlarından faydalanmadan Qur’ani-məcidi anlamağa cəhd göstərsək, şübhəsiz, nəzərdə tutulmuş mə’naları anlamayacağıq. Sonda küfr və şirkə də uğramağımız mümkündür. Məsələn, “Fəth”, surəsinin 10-cu ayəsində oxuyuruq ki, “Allahın əli bütün əllərin fövqündədir.” Əgər ayəni zahiri mə’nasına görə izah etsək, qəbul etməliyik ki, Allah cisimdir. Belə bir qənaət isə aşkar küfr göstəricisidir. Amma Qur’anla eyni bir evdə dünyaya göz açmış mə’sumlar ayələrin həqiqi mə’nasından xəbərdardır. Onlar “əl” sözünün “qüdrət” mə’nası bildirdiyini bəyan edirlər. Demək, ailədə “Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir” mə’nası nəzərdə tutulmuşdur.

Amma bir çox sünni təfsirçiləri, xüsusi ilə ibn Teymiyyənin ardıcılları və sələfilər ayələrin zahiri ilə kifayətlənib azğınlığa düçar olurlar. Onların Qur’an ayələri ilə bağlı açıqlamalarından belə qənaətə gəlmək olar ki, Allah cisimdir. Allahın cisim olması ilə bağlı rəvayətlər Bəni-üməyyə tərəfindən araşdırılmışdır.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]