Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) mütləq nurdur

Mö’təbər bir hədisdə girami Peyğəmbər (s) buyurur : “Allahın ilk yaratdığı mənim nurumdur.”70 Ötən səhifələrdə sübuta yetdi ki, Əhli-beyt (ə) bu nurun kamil cilvəsidir. Asanlıqla qəbul etmək olar ki, Əhli-beyt (ə) nurdan başqa bir şey deyil. Bu nur həmin ilahi nurdur. Qur’anın bir çox ayələrində həmin nur yada salınır. Əhli-beyt (ə) öz varlıq həqiqətini Allah həqiqətindən alır. Allah həqiqəti bütün kamal sifətlərinin toplumudur. Əhli-beyt (ə) daimi olaraq bu həqiqətə bağlıdır. Cahillərin və azğınların nəfəsi bu nuru söndürə bilməz. Qur’ani-kərimdə oxuyuruq: “Allahın nurunu ağızları ilə (üfürüb) söndürmək istəyirlər. Amma kafirlər xoşlamasalar da, Allah öz nurunu tamamlayandır.”71 Bu və buna oxşar ayələrdə “nur” sözü ədəbi baxımdan “Əllah” sözünə əlavə olunmuşdur. Sadə desək, mö’təbər rəvayətlərdə Əhli-beyt (ə) heç vaxt Allahdan ayrılmayası nur kimi tanıtdırılır. İmam Sadiq (ə) buyurur: “Onun ilahi ruha bağlılığı günəşin özündən güclü ulduza bağlılığıdır.”72

Bəli, Əhli-beyt (ə) Allah-təalaya günəş özündən güclü ulduza bağlı olduğu kimi bağlıdır. Mö’təbər mənbələrdə təsdiqini tapmış “Cameyi-kəbirə” ziyarətində Əhli-beyt (ə) həqiqəti haqqında oxuyuruq: “Allah sizin hamınızı nur olaraq yaratdı.”73 Ziyarətin davamında oxuyuruq: “Sizin hamınızın ruhu, nuru və xasiyyəti birdir, xoş və pakdır.”74 “Varis” ziyarətində deyilir: “Şəhadət verirəm ki, sən uca sülblərdə bir nur idin.”75 Məqtəl kitablarında oxuyuruq: “İmam Səccad (ə) atasının kəsilmiş başını torpağın üzərinə qoyanda dedi: “Ey ata! Dünya səndən sonra qaranlıqdır, axirət isə sənin nurunla işıqlanmış!”76

Əhli-beyt (ə) və onun ardıcılları

Əbu Xalid Kabili deyir: “İmam Baqirdən (ə) Allah-təalanın “Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin” buyuruğu haqqında soruşdum. İmam buyurdu: “Ey Əba Xalid! And olsun Allaha, nur Məhəmməd ailəsindən olan imamlardır. And olsun Allaha, onlar Allahın nazil etdiyi nurlardır. And olsun Allaha, onlar Allahın göylərdə və yerdəki nurudur. Ey Əba-Xalid! İmam nuru mö’minlərin qəlbində gündüzün günəşindən parlaqdır. And olsun Allaha, onlar mö’minlərin qəlbini işıqlandırır. Allah-təala onların nurunu istədiyindən gizləyir. Beləcə, həmin zümrənin qəlbi qaranlıq qalır. And olsun Alaha, ey Əba Xalid! Allah qəlbini paklayınca kimsə bizim bəndəmizi sevməz, vilayətimizi qəbul etməz. Bir şəxs bizə təslim olmayınca Allah onun qəlbini paklamaz... Bəndə paklanmaq üçün bizə sülh qapısından yaxınlaşmalıdır. Allah sülh qapısından daxil olanı ağır hesabdan hifz edir, Qiyamətin böyük qorxusundan amanda saxlayır.”77

Qayıtmağa gəlməmişəm

İnsan çirkinliklərdən uzaqlaşmaq, günahlardan qorunmaqla öz qəlbini Əhli-beyt (ə) nuruna layiq edir, müqəddəs vücudlara yaxınlaşır. Belə bir şəxs Əhli-beyt (ə) və mələklər tərəfindən cəzb olunur. O, sirati-mustəqimə, haqq yola dönür.

Ömər Sə’d aşura gününün başlanğıcında imam Hüseynlə (ə) danışıq üçün dörd nəfər göndərdi. İmam Hüseyn (ə) Ömər Sə’din məktubuna cavab versə də, gələnlər geri dönmədi. Həzrət buyurdu: “Nə üçün mənim cavabımı aparmırsınız?” Dedilər: “Qayıtmağa gəlməmişik! Həmişəlik sizinlə olmaq, sizinlə qalmaq istəyirik!”78

Bəli, qəlbdə hazırlıq olduqda Əhli-beyt (ə) nuru görünməyə başlayır. Bu nur insanın imamət çevrəsinə yaxınlaşmasına səbəb olur. Beləcə, insan dünya və axirət xoşbəxtliyinə qovuşur.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]