Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ahli-beyt-Ansaryan-lat.doc
Скачиваний:
0
Добавлен:
01.05.2025
Размер:
3.88 Mб
Скачать

Əhli-beyt (ə) (yerə enmiş göy əhli)

Naşirdən

Varlıq aləminin misilsiz şəxsiyyətləri, vücud gəmisinin sükançıları, yer və göy mö’cüzələri, pak ilahi sifətlərin aynaları, Həzrət Haqqın layiqli bəndələri, yerə enmiş göy əhli, ismət və paklıq simvolu Əhli-beyt (ə) haqqında danışmaq və yazmaq yetərincə çətin işdir. Bu oxşarsız pak insanların şəxsiyyətinə varmaq hər adamın işi deyil.

Bu səma nurlarının haqq maarifi ilə tanış olan, ömrünü onların həqiqi maarifinin yayılmasına sərf edən insanlar özlərini Əhli-beyt (ə) məktəbinin şagirdi bilirlər. Böyük alimlər və düşüncə sahibləri insan tərbiyə edən bu səmavi məktəb qarşısında acizliklə diz çökmüş, bu məktəbə xidməti dünya və axirət səadəti saymış, özlərini bu dərgahın qulu bilmişlər.

Mövlalar önündə baş əyə bilsən,

Fəryadın göylərə qalxası hökmən.

Şübhəsiz ki, mə’sum imamlarla tanışlıq, onlara məhəbbət, onların əmr və qadağalarına tabeçilik vacibdir. İnsanın tutumundan asılı olaraq, bu tabeçilik üçün mərtəbələr müəyyənləşmişdir. Allah kimsəni gücündən artıq yükləməz.

Mə’sum imamların ilahi göstərişlərində bildirilir ki, mə’rifət, məhəbbət və vilayət həqiqətinin dərki üçün alim və agah rəhbərlərə, rəbbani alimlərin yardımına ehtiyac var.

Bələdçisiz yola çıxma, amandı,

Azmaq qorxusu var, dörd yan dumandı.

Yalnız mə’sum imamların dəyərli buyuruqları və misilsiz maarifinə üz tutmaqla Əhli-beytlə (ə) tanışlıq ehtiyacını, onlara eşq fəlsəfəsini, Allahın qırılmaz ipindən tutmağın zəruriliyini, mə’sumlara təvəssülün səbəbini, onların pak hərəmlərinin ziyarətinin hikmətini, onlarla birgə şadlanmağın və qəmlənməyin illətini, mə’sumların müsibətlərində axıdılan göz yaşlarının mahiyyətini dərk etmək və zehnimizdə yaranası suallara cavab tapmaq mümkündür. Çünki bu müqəddəs vücudlar hər hansı bir çirkabdan pakdır və sədaqət nuru ilə münəvvərdir. Həqiqətən Allah onları hər cür çirkinlikdən paka çıxarmışdır.

Demək, mə’rifətə çatdırmaq və haqqı tanıtdırmaq yalnız pak Əhli-beyt (ə) hüzurunda tərbiyə olunanların şə’nindədir. Bəli, yalnız paka çıxanlara üz tutmaq olar.

Yol əhli “göz yaşında pak olub gəl” söyləyir,

Paklara baxmaq üçün pak ol əvvəlcə deyir.

Əhli-beyt (ə) yolunu gedənlər üçün ömrünü ilahi maarifə sərf edənlərin dil və qələminə müraciət etmək vacibdir. Üz tutacağımız bu insanlar öz elmlərini əməldə təsdiqləmiş, övliyaların məhəbbət və vilayətində qərq olmuşlar.

Böyük alim və araşdırmaçı cənab Ustad Hüseyn Ənsariyan yarım əsrə yaxın araşdırma və təcrübələrdən sonra pak Peyğəmbər Əhli-beytini (ə) tanıtdırmaq yolunda addım atmışdır. Ustad mö’təbər dini mənbələrə müraciət etmiş, bu kəramətli sülalənin misilsiz maarifindən faydalanmışdır.

Maraqlıdır ki, on illər boyu pak Əhli-beyt (ə) maarifini araşdırdıqdan və təbliğ etdikdən sonra bu sonsuz okean sahilində dayanaraq belə buyurmuşdur: “Bu sahədə nə qədər çox araşdırma aparırsansa, bir o qədər heyran qalırsan.” Alim öz heyrətini hətta nəzmə çəkir.

Müəllif üç il ardıcıl olaraq Əhli-beytlə (ə) tanışlıq üçün araşdırmalar aparmış, yalnız bu tədqiqatlardan sonra topladıqlarını kitab şəklinə salmaq qərarına gəlmişdir.

Danışıq dilini yazıya çevirmək asan deyil. Bu səbəbdən də ustadın uyğun mövzudakı söhbətlərini məcmuə şəklinə salmaq bir qələm əhlinə tapşırılmışdı. Amma iş başa çatdıqdan sonra yazı ilə tanış olan ustad tərtibi bəyənməmişdir. İş başqa birinə tapşırılmışdır. Bu dəfə də məcmuə xoşa gəlməmişdir. Nəhayət, ustad özü bu işlə məşğul olmaq qərarına gəlmişdi. Maraqlıdır ki, üç illik bəhslərin qələmə alınması da bir bu qədər vaxt aparmışdır. Xacə buyurur:

Ey yolçu, bil su durular o zaman,

Qırx gecə saxlana çalxalanmadan.

Bu əsər iyirmi yeddi ərbəindən (qırxdan) çox can, şövq, təsdiq şüşəsində saxlanmış, xalis Əhli-beyt (ə) maarifi şərbəti tək təşnələrə təqdim olunmuşdur. Əlbəttə, bütün bunlar Allahın lütfüdür. Bəli, Allahdır pak şərbət içirən!

Bunu da qeyd etməliyik ki, kitabda yeni üslubda yanaşmalar özünə yer almışdır.

Ustadın üzücü zəhmətlərinin və iti qələminin məhsulu olan bu əsər insan tərbiyə edən Əhli-beyt (ə) maarifinin, tövhid və əxlaq çeşməsinin tanıtdırılmasında istifadə olunasıdır.

Ümid edirik ki, bu əsər həqiqət axtaranlar üçün pak Peyğəmbər Əhli-beytinin (ə) şəxsiyyətini açıqlayacaq, hal və əməl əhli üçün həmin müqəddəs məktəbə qovuşmaq imkanı yaradacaq.

“Darul-irfan” elmi araşdırmalar mərkəzi

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]