2 курс / Гистология / Схемы_по_общей_гистологии_Гасымов_Э_К_
.pdfŞəkil 15.7. Osteonun kompakt və süngəri maddələrinin sxematik şəkli.
1. kompakt sümük osteonu; 2. süngəri sümük trabekulları; 3. Havers kanalları; 4. Volkman kanalı; 5. periost; 6. osteon; 7. osteositin çıxıntısı yerləşən kanalcıq; 8. konsentrik Havers səfhəsi; 9. ostesit yerləşən lakuna
Şəkil 15.8. Sümüyün mezenximdən inkişafı. Donuz embrionunun çənə sümüyündə.
Boyaq: hematoksilin-eozin.
1. mezenxim hüceyrələri; 2. osteoblastlar; 3. osteositlər; 4. sümük adacığı; 5. osteoklast.
Şəkil 15.9. Sümüyün qığırdaq əsasında inkişafı. Donuz embrionunun borulu sümüyündə. Boyaq: hematoksilin-eozin.
1. epifizar hialin qığırdaq; 2. proliferasiya edən sıx sütun xondrositləri; 3. hipertrofiya və destruksiyaya uğrayan qığırdaq hüceyrələri; 4. enxondral sümük atmalar; 5. perixondral sümük manjet; 6. sümüküstlüyü; 7. qığırdaqüstlüyü.
|
|
|
|
|
|
|
Əzələ toxuması |
|
|
16 |
|
|
|
|
|
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Şəkil 16.1. Eninəzolaqlı əzələ lifinin elektron – mikroskopik quruluşu.
1. eninəzolaqlı əzələ lifi; 2. nüvələr; 3. birləşdirici toxuma elementləri.
Şəkil 16.2. Eninəzolaqlı skelet əzələ toxuması. Dilin en kəsiyi. Boyaq: dəmirli hematoksilin.
1. əzələ liflərinin köndələn kəsikləri; 2. nüvələr; 3. endomizium – birləşdirici toxuma arakəsməsi; 4. perimizium; 5. qan damarı; 6. əzələ lifinin boylama kəsiyi.
Şəkil 16.3. Eninəzolaqlı əzələ lifinin (yuxarıda), və miofibrillin sxematik şəklləri (aşağıda); miofibrillin elektron mikroskopik şəkli(ortada),
1. sarkomer; 2. H-zolağı; 3. izotrop disk; 4. Z-xətti; 5. M-xətti; 6. anizotrop disk; 7. sarkolemma; 8. nüvə.
Şəkil 16.4. Eninəzolaqlı əzələ lifinin sxematik şəkli.
1. miofibrillət; 2. mitoxondri; 3. sarkolemma; 4. nüvə; 5. T-borucuq; 6. terminal sisterna; 7. triada; 8. sarkoplazmatik tor.
Şəkil 16.5. Sarkomerin təşkilində iştirak edən törəmələrin sxematik şəkli.
I. sarkomer. II. sarkomerin oxla göstərilmiş hissələrinin köndələn kəsiklərinin sxemi. III. miofilamentlər. IV. miozin molekulu.
1. Z xətti; 2. anizotrop disk (A zolağı); 3. H zolağı; 4. M xətti; 5. nebulin; 6. titin; 7. izotrop disk nahiyəsində nazik filamentlərin (aktin) köndələn kəsiyi; 8. H zolağı nahiyəsində yoğun filamentlərin (miozin) köndələn kəsiyi; 9. M xəttinin köndələn kəsiyi; 10. anizotrop diskin periferik hissəsində miofilamentlərin köndələn kəsiyi; 11. tropomiozin; 12. aktin; 13. troponin; 14. miozin; 15. iki ağır zəncirdən təşkil olunmuş miozinin quyruğu; 16. yüngül meromiozin; 17. ağır meromiozin; 18. ağır meromiozinin S1 fraqmenti; 19. ağır meromiozinin S2 fraqmenti; 20. miozinin başı; 21. yüngül zəncirlər.
Şəkil 16.6. Miokard. Boylama kəsikdə. Boyaq: hematoksilin - eozin.
1. kardiomiosit; 2. kardiomiositin nüvəsi; 3. qondarma disklər; 4. birləşdirici toxuma elementləri; 5. qan kapilyarı.
Şəkil 16.7. Ürək əzələ toxuması. Miokard. Boyaq: hematoksilin - eozin.
1.kardiomiositlərin köndələn kəsikləri; 2. nüvə; 3. birləşdirici toxuma arakəsmələri; 4. qan damarları;
Şəkil 16.8. Saya əzələ hüceyrəsinin sxematik şəkli.
1. saya əzələ hüceyrəsi boylama kəsikdə; 2. saya əzələ hüceyrələri köndələn kəsikdə; 3. saya əzələ hüceyrəsinin nüvələri-köndələn kəsikdə; 4. qan damarı; 5. saya əzələ hüceyrəsinin nüvələri-boylama kəsikdə; 6. birləşdirici toxuma elementləri.
Şəkil 16.9. Saya əzələ hüceyrəsi boşalmış vəziyyətdə.
1. sitoplazma; 2. tünd cisimciklər; 3. aktin-miozin kompleksi; 4. nüvə
Şəkil 16.10. Saya əzələ hüceyrəsi yığılmış vəziyyətdə.
1. sitoplazma; 2. tünd cisimciklər; 3. aktin-miozin kompleksi; 4. nüvə